Çövkən milli atüstü oyunu üzrə
“Prezident Kuboku” turnirinə
start verilib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilib.
ARAF-dan AZƏRTAC-a bildiriblər ki, səkkizinci dəfə təşkil olunan turnirdə bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən olunmuş milli cins atlardan istifadəyə icazə verilir. Bu şərtlərə əməl edən altı komandanın iştirakı ilə keçiriləcək yarışlarda ümumilikdə 10 qarşılaşma oynanılacaq.
Püşkatmanın nəticələrinə əsasən, üç güc səbətindən eyni reytinqə sahib olan komandalar iki qrupa ayrılıb. A qrupunda “Sərhədçi”, “Buta Qolden” və “Köhlən”, B qrupunda isə “Polad”, “Murad” və “Omar” komandaları yer alıblar.
Turnirin açılış gününün ilk oyununda “Buta Qolden” komandası “Köhlən” komandası üzərində 9:0 hesablı qələbə qazanıb. İkinci görüşdə “Murad” komandası “Omar”ı 2:1 hesabı ilə məğlub edib.
Yarış dekabrın
18-dən 20-dək qrup oyunları, 22-dən
24-dək isə yarımfinal və final mərhələləri
ilə davam edəcək. Qrup
və yarımfinal oyunları Bakı Dövlət
Cıdır Meydanında, final oyunu isə Binə Atçılıq Mərkəzində
açıq havada və
tamaşaçıların iştirakı olmadan
keçiriləcək.
Azərbaycan.- 2021.- 19 dekabr.- S.8.