Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909,  ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə 7, ¹ 8, maddə 1039, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr 16, 36, ¹ 6 (I kitab), maddə 567; Azərbaycan Respublikası Prezidentinin  2021-ci il 2 noyabr tarixli 1473 nömrəli Fərmanı) ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”də  aşağıdakı dəyişikliklər edilsin:

1.  3.12.3-cü və 3.12.4-cü yarımbəndlərdən “məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri) və” sözləri çıxarılsın.

2.  3.12.4-1-ci yarımbənddə “məktəbəqədər təhsil müəssisələrinin” sözləri “uşaq evlərinin” sözləri ilə əvəz edilsin.

3.  3.12.4-2-ci yarımbənddə “məktəbəqədər təhsil müəssisələrində”  sözləri “uşaq evlərində” sözləri ilə əvəz edilsin.

4.  4.12.3-1-ci yarımbənd ləğv edilsin.

5.  4.18.2-ci yarımbənddən “4.12.3-1-ci,” sözləri çıxarılsın.

6. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci hissəsindən “, Təhsil Nazirliyinin” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.8.