“Fəxri adlara görə aylıq
təqaüdün verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli
878 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 609, ¹ 11, maddə 1013; 2007, ¹ 4, maddə 361; 2013, ¹ 8, maddə 975, ¹ 11, maddə 1454; 2018, ¹ 2, maddə 311; 2020, ¹ 5, maddə 570) 1-ci hissəsinin birinci abzasında “150” rəqəmləri “180” rəqəmləri ilə, “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2021-ci il
Azərbaycan.- 2021.-21 dekabr.- S.7.