Ceyhun Bayramov:
"Azərbaycan Əfqanıstandakı
humanitar vəziyyətin
həlli istiqamətində
İƏT-in səylərini dəstəkləməyə hazırdır"
Dekabrın 19-da Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının
Əfqanıstandakı humanitar
vəziyyətlə bağlı
keçirilən növbədənkənar
iclasında çıxış
edib.
Xarici İşlər
Nazirliyinin mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
çıxışında iclasın çağırılması
təşəbbüsünə görə İƏT sədri
Səudiyyə Ərəbistanı
Krallığına və
tədbirə ev sahibliyi etdiyinə görə
Pakistan tərəfinə təşəkkürünü
ifadə edən nazir çıxışında
bir sıra mühüm məqamları
vurğulayıb.
Təşkilatın təsisçi dövlətlərindən
biri olan Əfqanıstanda vəziyyətin
gərginləşməsinin regional və qlobal səviyyədə ciddi problemlər yaratdığını
və ümumi narahatlıq mənbəyi
olduğunu diqqətə
çatdıran C.Bayramov
bildirib ki, Əfqanıstandakı böhranın
dəhşətli humanitar
nəticələri yüz
minlərlə günahsız
insanın həyatını
təhlükə altına
qoyduğu üçün
bütün beynəlxalq
ictimaiyyətin təcili
tədbirlər görməsini
tələb edir. İslam həmrəyliyinin
nəcib prinsipi əsasında qurulan
İƏT-in bu çətin
zamanda əfqan bacı və qardaşlarımızın yanında
olmaq məsuliyyəti
var. Humanitar yardım sahəsində son illərdə
toplanmış mühüm
təcrübə və
yaradılmış mexanizmlər
və təsisatlar sayəsində İƏT Əfqanıstandakı
humanitar vəziyyətin
həllində aparıcı
rol oynamaq üçün yaxşı
mövqeyə malikdir.
Təşkilatın məsul üzvü
kimi Azərbaycan,
İƏT-in bu istiqamətdə
səylərini dəstəkləməyə
hazırdır.
Nazir vurğulayıb ki, davamlı həll yolları tapmaq üçün mövcud
vəziyyətin əsas
səbəblərini nəzərdən
qaçırmaq olmaz. Bu kontekstdə ölkədə
tam funksional inklüziv
idarəetmə sisteminin
yaradılması, xüsusilə
gənclər arasında
terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi risklərinin,
yoxsulluğun aradan qaldırılması və
dayanıqlı iqtisadi
inkişafın dəstəklənməsi
həyati əhəmiyyət
kəsb etməkdə
davam edir. Əks halda, sadəcə, humanitar yardım Əfqanıstan xalqının onilliklər
boyu çəkdiyi əzablara çarə ola bilməz.
“Dinc və inklüziv proses vasitəsilə effektiv idarəetmənin qurulması böhrandan yeganə çıxış
yoludur. Bununla əlaqədar, biz İƏT-in
qəbul etdiyi bir sıra qətnamələrin
etibarlılığını vurğulayırıq və
Əfqanıstanın suverenliyi,
ərazi bütövlüyü
və sərhədlərinin
toxunulmazlığına dəstəyimizi
bir daha təsdiqləyirik.
Əfqanıstanda təhlükəsizlik və
sabitlik regiondakı ümumi təhlükəsizlik
mühiti ilə sıx bağlıdır. Əfqanıstandakı vəziyyətin gərginləşməsi
ilə bağlı üzləşdikləri ciddi
problemlərin həllində
qonşu İƏT-ə üzv
dövlətlərə də
bizim həmrəyliyimiz
və dəstəyimiz
göstərilməlidir”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.
Azərbaycan. - 2021.- 21 dekabr.- S.2.