SCADA... artıq kənddə!

 

Müəllifi İlham Əliyevdir

 

Bu, Azərbaycan elektroenergetika sisteminin ən müasir səviyyədə qurulmasının daha bir göstəricisidir.

Regionlarda istehlakçıların elektrik enerjisi ilə təchizatının getdikcə daha da yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu işlər Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında görülür və dövlət başçısının daim nəzarətindədir. Prezidentin bölgələrdə istifadəyə verilən enerji qurğularının açılışında şəxsən iştirak etməsi bu istiqamətdə gerşəkləşdirilən layihələrin nə qədər önəmli olduğunu göstərir.

Şəbəkələrin ən müasir səviyyədə idarə edilməsi üçün bölgələrdəki elektrik enerjisi obyektlərində SCADA sisteminin yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin energetika sahəsinin yenidən qurulması və təzələnməsi nəticəsində mümkün olmuşdur. 2021-ci il noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılması buna aydın misaldır. SCADA əsaslı şəkildə yenidən qurulan “Meysəri” Yarımstansiyasında yaradılıb. Bununla da ilk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub.

Regional SCADA idarəetmə sisteminin əhəmiyyəti nədən ibarətdir? Bu sistem həm mərkəzdən, həm sərbəst idarəetmə imkanlarına malikdir regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək.

Meysəri”nin müsbət fərqli cəhətlərindən biri odur ki, burada ilkin olaraq gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi dayanıqlılığı tam təmin olunur. Perspektivdə bu yarımstansiya vasitəsilə Şamaxı İsmayıllı rayonlarının elektrik şəbəkələrinin əlaqələndirilməsi nəzərdə tutulub.

Açılışında Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri bu yarımstansiya Şamaxı rayonunun 11, Ağsu rayonunun 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı digər obyektlərin fasiləsiz dayanıqlı elektrik təchizatını təmin edib. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

İşğaldan azad edilmiş ərazilərimizdə son bir ildə tikilib istifadəyə verilən stansiya yarımstansiyalar da ölkənin energetika sisteminin gücünü xeyli artırıb. Həm bunlar ən müasir enerji qurğularıdır. Məsələn, bu il oktyabrın 4-də Cəbrayıl rayonunda istifadəyə verilən 110/35/10 kilovoltluqCəbrayılYarımstansiyası ən yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın rejiminə real zamanda nəzarət olunması göstəricilərinAzərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Qeyd edək ki, “CəbrayılYarımstansiyası ilk növbədə rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Buradan eləcə Cəbrayılın ümumi şəhərsalma konsepsiyasına əsasən, rayonun mərkəzinə bütün kənd-qəsəbələrinə işıq veriləcək.

Oktyabr ayında Prezident İlham Əliyev birinci xanım Mehriban ƏliyevaZəngilanYarımstansiyasının açılışında da iştirak ediblər. Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna FüzulidəkiŞükürbəyliYarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın rejiminə real zamanda nəzarət olunmasına göstəricilərin mərkəzi SCADA sisteminə ötürülməsinə imkan verir.

Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt təşkil edib. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro mədəni turizm, “ağıllı şəhər”, “ağıllı kənd daxil olmaqla qeyri-əhali abonentlərin 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən Zəngilanın ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır.

110/35/10 kV-luqQubadlıYarımstansiyasının tikintisi ilə yanaşı, rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün tələb olunan infrastruktur da yaradılıb. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib.

Xatırladaq ki, indiyə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan Qubadlıda tikilən yeni yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya rayonlardakı lazımi strukturlar internetlə təmin olunub. İşğaldan azad edilən rayonlardakı yarımstansiyalarda Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilib.Bir sözlə, müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiyalar yaradılıb.

Ölkədə, o cümlədən Qarabağda Şərqi Zəngəzurda yeni, ən müasir enerji obyektlərinin tikintisi davam edir. Hazırda Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilir. Bu, elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan emal edən, eləcə avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Belə bir layihə Cənubi Qafqazda ilk dəfədir tətbiq olunur.

Qeyd edək ki, dövlət başçısınınAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəyaşıl enerjizonasının yaradılması ilə bağlı tədbirlər haqqındasərəncamından sonra paylayıcı şəbəkələrinyaşıl enerji zonasıtələbləri üzərində qurulmasına start verilib ağıllı şəbəkələrkonsepsiyasının təməl elementlərindən biri olan rəqəmsal yarımstansiya layihəsi işlənib hazırlanıb.

Daha bir rəqəmsal yarımstansiya Zəngilanda inşa edilir. Rayonda 35/10 kV-luq 240 kilometrlik 0,4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədəağıllı şəhər”, “ağıllı kəndlayihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.

Bu cür yarımstansiyalar digər üstünlükləri ilə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri istismar xərcləri azalır. Ən əsasıyaşıl enerjimənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alırlar.

İlham Əliyev Azərbaycanı gur işıqlı bir ölkəyə çevirdi. Yaxın keçmişdə xaricdən işıq idxal edən Azərbaycan indi həm özünün elektrik enerjisinə tələbatını ödəyir, həm onu qonşu ölkələrə ixrac edir.

İlham Əliyev düşmənin 30 il xarabalığa çevirdiyi Qarabağa azadlıq bəxş edərək oraya da yeni həyat işıq gətirdi.

İlham Əliyevin tikdirdiyi ən müasir enerji qurğularının sorağı indi Azərbaycanın hər tərəfindəki ucqar kəndlərdən gəlir ölkəmizi getdikcə daha çox nura qərq edir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.-21 dekabr.- S. 6.