Şamo AbasovXalq əmanəti” layihəsində

 

Xalq Bank” “Xalq əmanəti” layihəsinin iyirmi birinci nəşrində  görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına müraciət edib. Dekabrın 17-də “Xalq Bank”ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Bədii albomda rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı əks olunub. Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Ə.Əzimzadə adına Dövlət İncəsənət Məktəbini bitirən Şamo 1978-84-cü illərdə V.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbinin Keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar ittifaqlarının üzvü olub.

Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xəti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olub. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İllər sonra sevdiyi sənətə - rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanıb.

Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunub. Onun əsərləri milli koloritlə nəfəs alıb. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumorironiyaya malik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstraktsirli dünyasına səyahətə aparır. Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. Rəssam 7 may 2014-cü ildə Bakıda vəfat edib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq Keramika Muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerlixarici kolleksiyalarda qorunur.

Xalq əmanəti” layihəsi “Xalq Bank”ı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqubun, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, almanrus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.11.