Yaxşı prezidentliyin uğur formulu

 

On səkkiz il əvvəl prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev dövlət başçısı kimi mətbuata ilk müsahibəsində bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”.

Müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini və ölkəmizin xoşbəxt gələcəyinə inandığını bildirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə, xalqın ona olan yüksək səviyyədə etimadını doğruldacağına söz vermişdi.

Bu mənada insanları məmnun edən reallıqlar göz qabağındadır. Ötən dövrdə qazanılan uğurlar, Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınması verilən vədlərin reallığa çevrilməsinin bariz nümunəsidir.

Bu istiqamətdə Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial-iqtisadiiri layihələrin həyata keçirilməsi, ən başlıcası İkinci Qarabağ savaşında 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və Prezidentə olan inamı, istəyi birə-beş artırmışdır. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın “dəmir yumruqkimi birləşməsi sayəsində nəinki 30 illik erməni işğalına, daşnak şovinistlərin 200 ildən arıq davam edən ərazi iddialarına son qoyuldu. Ali Baş Komandana rəğbət və etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 6 şəhər, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edən, üçrəngli bayrağımızı bu ərazilərdə dalğalandıran Azərbaycan Ordusu Qarabağın tacı Şuşanı düşmən tapdağından azad etdi. Şuşanın işğaldan azad olunduğu gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Zəfər günü kimi təsis olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından qürurla ictimaiyyətə çatdırması dövlət başçısına olan etimadın, sevginin əbədiliyinə səbəb oldu.

Zəfərə gedən yolumuzda: “Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisini Azərbaycanın inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatların həlli, ordu quruculuğu, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşması və doğma dədə-baba torpaqlarına qayıdışı ilə birbaşa bağlı olduğunu reallığa çevirən cənab İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, islahatların geniş miqyasda həyata keçirilməsi, ölkəmizdəki dinamik inkişaf digərlərinə nümunə göstərilir. Qürürverici haldır ki, bu gün Azərbaycanın inkişaf modeli dünyanın inkişaf etmiş ölkələrində belə təbliğ olunur. Son illərdə texnoloji inkişafa böyük önəm verilmiş, qlobal enerji və nəqliyyat layihələri icra edilmiş, respublikamız qüdrətli ölkə kimi dünyanın enerji və nəqliyyat mərkəzinə çevrilmişdir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanmışdı. 2018-ci ilin mayında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdu, həmin ilin iyun ayında TANAP istifadəyə verilmişdi, 2020-ci il dekabrın 31-də isə “Cənub qaz dəhlizi”nin digər seqmenti olan TAP işə düşmüşdü. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdi.

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyi üçün əsasdır. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermişdünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verən ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə evsahibliyi etmişdir. Dünyada 200-ə qədər ölkə olsa da belə mühüm görüşlər üçün Azərbaycanın seçilməsi cənab İlham Əliyevə, dövlət başçısının yürütdüyü xarici siyasətə beynəlxalq səviyyədə göstərilən yüksək etimaddır. Qlobal enerji və nəqliyyat layihələrini reallaşdıran, qüdrətli ölkə kimi tərəfdaşlıq formatı yaradan, güc, dialoq mərkəzi, humanitar platforma kimi də tanınan Azərbaycanın paytaxtı “Ekspo-2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir.Bütün bu nailiyyətlər deməyə əsas verir ki, ölkəmizin inkişafı bundan sonra da uğurlu olacaq.

Əlbəttə ki, xoş, firavan gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridireyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır” - söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi verdiyi vədlərə sadiq, siyasi iradəyə malik lider olduğunu təsdiqləmişdir.

Bütün bunları Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrindən də aydın görmək olur. Nəzər saldıqda Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyinin, reytinqinin ictimai rəydə yüksək olduğunun bir daha şahidinə çevrilirik.

Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” jurnalının 5-ci sayında “Prezidentin fəaliyyəti ictimai rəydə” sorğusunun nəticələrindən məlum olur ki, dövlət başçısının müxtəlif istiqamətlərdəki fəaliyyəti respondentlər tərəfindən yüksək qiymətləndirilib. Sorğuya görə, Azərbaycanın Ermənistan üzərində Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizin siyasi-iqtisadi gücünün 70 faizə yaxın artacağı və regionda mövqeyinin 50 faizdən çox güclənəcəyi mümkündür. Sorğu iştirakçılarının 82 faizdən çoxu postmüharibə dövrü üçün Böyük qayıdış planlarını və verilən qərarları müsbət qiymətləndirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılması, sosial problemlərinin həll edilməsi, müharibədə yaralananların müalicə üçün 70 faizə yaxın qazinin xarici ölkələrə göndərilməsi, iştirakçıların ordenmedallara təqdim olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsi, əlillik dərəcələrinin təyin edilməsi və vaxtında müəyyən olunması, müxtəlif səviyyələrdə imtiyazların verilməsi, onlarca aidiyyəti qurum rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsi, həbsdə olan yaxınlarının əfv edilməsi, dəyər və ənənələrimizə sadiqlik cəmiyyətdə məmnunluq yaratmışdır.

Prezidentin Qələbə tonqalını Şuşada, Cıdır düzündə alovlandırması bu tarixi yurdumuzun Azərbaycanın mədəniyyət paytaxtı olmasının dünyaya nümayişi, vətənpərvərlik, torpaqbayraq sevgisi, milli birlik, ərazi bütövlüyü, həmrəylik, tarixi irsin xilası, Qarabağda bərpa və quruculuq strategiya və planları barədə dünyaya mesajlar verməsi xalqPrezident həmrəyliyinin, sevgisinin harmoniyası kimi qəbul edilir.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən əhalinin 75 faizə yaxını düşünür ki, dövlət başçısının Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarixi və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür. Prezidentin Şuşada Natəvanın abidəsinin açılışında iştirakı, Vaqifin büstünü və məqbərəsini ziyarət etməsi Qarabağa xüsusi diqqətinin təzahürüdür. İnsanlar bu qənaətdədirlər ki, bu, xalqımızın tarixi-mədəni irsinə hörmətin, sevginin və qayğının, Azərbaycanın öz əzəli ərazilərinə sahibliyinin göstəricisidir.

Prezident İlham Əliyevin daxilixarici siyasət sahəsində uğurlu tədbirləri də dövlət başçısına inam indeksidir. Keçirilən rəy sorğusunda Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursuna yüksək etimad göstərməsi onun yüksək reytinqindən xəbər verir. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz dövlət başçısının düşünülmüş siyasi fəaliyyəti xalq-Prezident həmrəyliyi nəticəsində mümkün olmuşdur. Görünən odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, habelə məqsədyönlülüyü ilə xarakterizə olunduğundanmilli maraqlara söykəndiyindən xalqın dövlət başçısına etibarsevgisi daha da artır.

Bütün bunlar onu deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bu gününə və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Prezident İlham Əliyev həm də müasir dünyanın qloballaşmayeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir.

Bir sözlə, Azərbaycan xalqının sonsuz rəğbətini və məhəbbətini qazanan Liderə milyonların sevgisi şəksizdir. Yenilikçiqurucu rəhbər kimi yeni tarix yaradan sevimli Prezidentimizin doğum günü, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, habelə Yeni il münasibəti ilə qalib ölkənin qalib Liderinə ünvanlanan təbrik və təşəkkür məktublarında da bu açıq-aydın görünməkdədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və tərəqqipərvər bəşəriyyət sevinc içərisindədir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.11.