İlham Əliyev Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi də tanıtdı

 

Avropa bir ildir, Gürcüstan və Türkiyə isə artıq 15 ildən çoxdur ki, “Sahdəniz”dən çıxarılan mavi yanacaq alır

 

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirməklə yanaşı, onu həm də günün tələbləri baxımından inkişaf etdirdi. Məhz son 15 ildə dünya Azərbaycanı qaz ixrac edən ölkə kimi də tanıdı. Xüsusilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan “Cənub qaz dəhlizi” göstərdi ki, İlham Əliyevin rəhbərlik etdiyi ölkə necə qlobal layihələri gerçəkləşdirməyə qadirdir.

2020-ci ilin son günündə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə “Cənub qaz dəhlizi” layihəsi tamamlandı. 2021-ci il TAP-ın fəaliyyətinin, əslində, birinci ilidir. Bir yaşını kəmər ilk uğurları ilə qarşılayır. Cari ilin əvvəlindən Avropaya Azərbaycan təbii qazının nəqlini ahəngdar şəkildə davam etdirir.

Ötən payız TAP həm də Dubayda keçirilən “Gas tech Awards-2021” mərasimində “İlin təbii qaz, LNG və ya hidrogen layihəsi” kateqoriyasında qalib elan olunub. Hər il keçirilən qlobalGastech” konfransı ərəfəsində təşkil edilən “Gastech Awards” mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə verilir.

TAP “Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi, dörd seqmentinin sonuncusudur. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri),

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) TAP-dan ibarətdir. Qeyd edək ki, Gürcüstan Türkiyə CQBK BTƏ (Bakı-Tbilisi- Ərzurum) xətləri ilə 15 ildən çoxdur ki, Azərbaycan qazı alırlar.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyuldu. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak etdilər. Tədbirdə bildirildi ki, 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Ona görə qarşıda qazı Avropa bazarına vaxtında çatdırmaq, tranzit istehlakçı ölkələrin hər birinin iqtisadi maraqlarının təmin edilməsinə nail olmaq kimi əsas vəzifə dayanır.

Zaman bu vəzifələrin layiqincə yerinə yetirildiyini göstərdi. Layihənin uğurla tamamlanmasında Azərbaycanın rolu şəksizdir. Bu işdəCənub qaz dəhliziMəşvərət Şurasının 2015-ci ildən başlayaraq ildə bir dəfə Bakıda keçirilən iclasları mühüm əhəmiyyət daşıyıb.Yalnız sonuncu - yeddinci toplantı pandemiya ilə bağlı videoformatda keçirilib.

Trans-Adriatik Qaz Boru Kəmərinin fəaliyyətə başlaması region üçün böyük əhəmiyyət kəsb edən hadisədir. Çünki bu kəmər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mənbələrin şaxələndirilməsinə ciddi dəstək verir. O, eyni zamanda regionda əməkdaşlıq körpülərini möhkəmləndirir, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirir. Ölkəmizdən Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirmək üçün nəzərdə tutulan bu kəmər indi öz uğur salnaməsinin ilk səhifələrinə imza atır.

Təsadüfi deyil ki, TAP az qala bütün dünyanın diqqət mərkəzindədir. Beynəlxalq səviyyədə keçirilən ən mötəbər tədbirlərdə bu kəmərdən söhbət açılır, onun uğurları haqlı olaraq Azərbaycana şamil edilir, media nümayəndələri boru xəttinin fəaliyyəti, bu günü sabahı ilə bağlı sualları məhz Azərbaycan Prezidentinə ünvanlayırlar. Elə bu yaxınlarda Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindəki çıxışlarda görüşlərdə TAP-dan geniş bəhs olunub. Prezident İlham Əliyev sammitdəki çıxışında Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını xatırladıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan Bolqarıstana ixrac olunur. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Coğrafiyanı genişləndirmək üçün potensial da mövcuddur. Bu il Azərbaycan artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr mavi yanacaq ixrac etmək planlaşdırılır. Bu rəqəm arta da bilər. Lakin qaz bazarı neft bazarından onunla fərqlənir ki, burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Dövlət başçısı İspaniyanın “El Paisqəzetinə vediyi müsahibədə bu barədə demişdir: “Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində gedir. Yəni bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır əlbəttə, bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik bizim mənbə Avropa bazarı üçün yenidir”.

TAP “Şahdəniz-2” qazını Yunanıstanın Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir sonuncu bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmərSnam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Sistem keyfiyyət, sağlamlıq, təhlükəsizlik ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Xatırladaq ki, TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) Axpo” (5 faiz) şirkətləridir. Bu xətt İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazını Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına da çatdıra bilər. Potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Məlum olduğu kimi, dünyanın müxtəlif yerlərində insanların qaza tələbatı artır.Yeni qaz yataqları isə heç hər gün kəşf olunmur. Həmçinin köhnə yataqlar, ehtiyatları hasil olunduqca gücdən düşür. Bax belə bir zamanda Azərbaycan qazı daha mühüm əhəmiyyət kəsb edir. Brüsseldə ispaniyalı jurnalistin suallarını cavablandırarkən Prezidentimiz qeyd etmişdir ki, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini Gürcüstanın ehtiyacının təqribən 90 faizini ödəyir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik: “Siz artıq qeyd etdiniz, Avropa İttifaqı Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı dostudur. Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni hər şey hazırdır qaz idxal olunur. Burada görüləcək Avropa Komissiyası bizdən daha artıq həcmdə qaz almaq istəyən ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq danışıqlara başlamaqdan ibarətdir”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.12.