Tahir Budaqov: “Azərbaycanın
gələcək inkişafı böyük
yolun müzəffər
davamçısı, Prezident İlham Əliyevin adı ilə
bağlıdır”
Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Ötən il Azərbaycanın əldə etdiyi şanlı Qələbədən, böyük Zəfərdən sonra nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə Avrasiya məkanında yeni reallıqlar yaranıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
T.Budaqov bildirib ki, Azərbaycan bundan öncə də regionumuzda əsas güc mərkəzi kimi bölgənin inkişafına təkan verən ölkə qismində çıxış edib. Yeni mərhələdə də artıq yeni imkanlar əldə edilib və ölkəmiz bundan sonra da regionun inkişafına öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən dövlət və hökumət rəsmiləri, Milli Məclisin nümayəndələri Azərbaycanın bu günə qədər müxtəlif sahələrdə əldə etdiyi uğurları və bundan sonra qarşısında duran perspektivlər barədə ətraflı fikirlərini bildiriblər.
“Təbii ki,
bütün çıxışların
yekunu olaraq bir daha belə qənaətə
gəlmək olar ki,
Azərbaycanın inkişafı yalnız ulu
öndər Heydər Əliyev ideyalarının həyata
keçirilməsi ilə şərtlənir. Bu yolun alternativi yoxdur və Yeni Azərbaycan Partiyasının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 60 illik
yubileyinə həsr etdiyi kitabda
da qeyd olunur
ki, Azərbaycanın gələcək
inkişafı bu böyük
yolun müzəffər
davamçısı Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Düşünürəm ki, bu böyük
yolun davamı Azərbaycan xalqına, Azərbaycan
dövlətinə hələ bundan sonra da çoxsaylı qələbələr,
zirvələr qazandıracaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Azərbaycan.- 2021.- 22 dekabr.- S.2.