"Valyuta tənzimi
haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar
haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu
haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank
olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya
fondları haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında” və “Kredit büroları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci
bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 7, maddə 116;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12,
maddə 737; 2003, ¹ 1, maddə 1; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 6,
maddə 562, ¹ 12, maddə 1216; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4,
maddə 276; 2014, ¹ 10, maddə 1168; 2016, ¹ 3, maddə 423; 2017, ¹
5, maddə 741, ¹ 7, maddə 1291; 2018, ¹ 5, maddə 847; 2019, ¹ 1,
maddə 30, ¹ 3, maddə 387) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.3-cü maddə üzrə:
1.1.1. 5-ci hissədən
“uçotun,” sözü çıxarılsın və həmin
hissəyə “hesabatın” sözündən sonra “(maliyyə
hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin;
1.1.2. 9-cu hissə ləğv
edilsin;
1.2.aşağıdakı məzmunda
3-1-ci maddə əlavə edilsin:
“Maddə 3-1. Valyuta mübadiləsi
fəaliyyətinə lisenziya almış şəxslərin
mühasibat uçotu
3-1.1.Valyuta mübadiləsi fəaliyyətinə
lisenziya almış şəxslər tərəfindən
mühasibat uçotunun aparılması və maliyyə
hesabatlarının tərtib, təqdim və dərc edilməsi
ilə bağlı münasibətlər “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
3-1.2. Valyuta mübadiləsi fəaliyyətinə
lisenziya almış şəxslər illik maliyyə
hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə
uyğun olaraq müəyyən olunmuş müddətdə
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etməlidirlər.”;
1.3. 16-cı maddənin 2-ci hissəsinin
“v” bəndindən “uçotun,” sözü
çıxarılsın və həmin bəndə
“hesabatın” sözündən sonra “(maliyyə hesabatları
istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. “Kredit ittifaqları
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 485;
2001, ¹ 12, maddə 736; 2010, ¹ 10, maddə 839; 2016, ¹ 3, maddə
408; 2019, ¹ 1, maddə 32, ¹ 6, maddə 993, ¹ 8, maddə 1366; 2021,
¹ 7, maddə 704) 17-ci maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
2.1.2-ci və 3-cü hissələr
aşağıdakı redaksiyada verilsin:
“2. Kredit ittifaqları maliyyə
hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına əsasən tərtib etməlidirlər. Kredit
ittifaqlarında mühasibat uçotunun aparılması
qaydaları, o cümlədən illik maliyyə
hesabatlarının forması və məzmunu müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ilə razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
3. Kredit ittifaqı maliyyə ilinin
qurtarmasından ən geci beş ay müddətində kənar
auditor tərəfindən yoxlanılmış illik maliyyə
hesabatlarını, ən geci altı ay müddətində isə
kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi
ilə birlikdə Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməli,
mətbu orqanda və özünün rəsmi internet səhifəsində
(olduğu halda) dərc etdirməli və bu barədə məlumatı
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etməlidir.”;
2.2.aşağıdakı məzmunda
4-cü və 5-ci hissələr əlavə edilsin:
“4. Kredit ittifaqı illik maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi
ilə birlikdə hər hansı şəxsə onun
müraciəti əsasında pulsuz təqdim etməlidir.
5. Kredit ittifaqlarının
mühasibat uçotu və maliyyə
hesabatlılığı sahəsində fəaliyyətinə
nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
həyata keçirilir.”.
Maddə 3. “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276;
2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 562, ¹ 11, maddə 1070; 2008,
¹11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 4,
maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 590; 2013, ¹ 7,
maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə 1517; 2015, ¹ 11,
maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə 975; 2017, ¹ 4,
maddə 521, ¹ 11, maddə 1956, ¹ 12 (I kitab), maddə 2227; 2018, ¹
1, maddə 33, ¹ 5, maddə 842, ¹ 7 (I kitab), maddə 1389, ¹ 12 (I
kitab), maddə 2466; 2019, ¹ 1, maddələr 32, 50, ¹ 4, maddə
599, ¹ 6, maddə 999, ¹ 7, maddə 1185, ¹ 8, maddə 1365; 2020, ¹
5, maddə 515; 2021, ¹ 1, maddə 8) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 36.3-cü maddədən “,
sonuncu hesabat ili üçün maliyyə hesabatlarını
və auditor rəyini” sözləri
çıxarılsın;
3.2. 43-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 43. Mühasibat uçotu
və maliyyə hesabatları
43.1.Bank və xarici bankın yerli
filialı maliyyə hesabatlarını Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib
edir. Banklarda və xarici bankın yerli filiallarında
mühasibat uçotunun aparılması qaydaları, o cümlədən
illik maliyyə hesabatlarının forması və məzmunu
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi
Bank tərəfindən müəyyən edilir.
43.2.Bankların mühasibat
uçotu və maliyyə hesabatlılığı sahəsində
fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata
keçirilir.”;
3.3.45-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 45. Maliyyə
hesabatlarının təqdim olunması və dərc edilməsi
45.1.Bank maliyyə ilinin
qurtarmasından ən geci beş ay müddətində kənar
auditor tərəfindən yoxlanılmış illik maliyyə
hesabatlarını, ən geci altı ay müddətində isə
kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi
ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.2. Xarici bankın yerli filialı
maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində
kənar auditor tərəfindən yoxlanılmış illik
maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində
isə xarici bankın kənar auditor tərəfindən
yoxlanılmış birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə
birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.3.Bank və xarici bankın yerli
filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və
45.2-ci maddələri ilə müəyyən edilən
müddətlərdə Mərkəzi Banka təqdim etməli,
habelə özünün rəsmi internet səhifəsində
və mətbu orqanda dərc etdirməli və bu barədə
məlumatı Mərkəzi Banka təqdim etməlidir.
45.4.Bank və xarici bankın yerli
filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının surətini
auditor rəyi ilə birlikdə hər hansı şəxsə
onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”.
Maddə 4.“Poçt haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 604; 2007, ¹ 5, maddə 442;
2008, ¹ 11, maddə 958; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə
276; 2014, ¹ 10, maddə 1148; 2016, ¹ 3, maddə 409, ¹ 10, maddə
1602; 2017, ¹ 1, maddə 6, ¹ 11, maddələr 1957, 1960, ¹ 12 (I
kitab), maddə 2223; 2018, ¹ 7 (I kitab), maddə 1390; 2019, ¹ 1, maddə
32) aşağıdakı məzmunda 25-1-ci maddə əlavə
edilsin:
“Maddə 25-1. Mühasibat
uçotu və maliyyə hesabatları
25-1.1. Poçt rabitəsinin
operatoru, o cümlədən milli operator tərəfindən
mühasibat uçotunun aparılması və maliyyə
hesabatlarının tərtib, təqdim və dərc edilməsi
ilə bağlı münasibətlər “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
25-1.2. Milli operator illik maliyyə
hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə
uyğun olaraq müəyyən olunmuş müddətdə
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etməlidir.”.
Maddə 5.“Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 605;
2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr 265, 276; 2012, ¹ 6, maddələr 512, 529; 2013, ¹ 1,
maddə 18; 2015, ¹ 7, maddə 819; 2016, ¹ 10, maddələr 1601,
1609, ¹ 11, maddə 1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə
1179; 2019, ¹ 1, maddə 28, ¹ 4, maddə 599, ¹ 5, maddə 797, ¹ 8, maddə 1365; 2021, ¹ 1, maddə
6) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1.9-cu maddədə
“sığorta şirkətləri” sözləri
“sığortaçılar, təkrarsığortaçılar”
sözləri ilə əvəz edilsin;
5.2. 4.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“4.4. Kredit təşkilatları tərəfindən
mühasibat uçotunun aparılması qaydaları, o cümlədən
illik maliyyə hesabatlarının forma və məzmunu
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.”;
5.3.
5.3-cü maddədə “sığorta şirkətləri”
sözləri “sığortaçılar, təkrarsığortaçılar,
hüquqi şəxs olan sığorta brokerləri və
müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə
məşğul olan hüquqi şəxslər” sözləri
ilə, “müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum” sözləri isə “Azərbaycan
Respublikasının Mərkəzi Bankı” sözləri ilə
əvəz edilsin;
5.4.12.1-ci maddə üzrə:
5.4.1. ikinci cümlə
üçüncü cümlə hesab edilsin və
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Bu Qanunun 5.3-cü maddəsində
göstərilən mühasibat uçotu subyektləri tərəfindən
maliyyə hesabatlarının təqdim edilməsi və dərc
olunması qaydası Azərbaycan Respublikasının
müvafiq sahəvi qanunları ilə tənzimlənir.”;
5.4.2. üçüncü
cümlədə “Kommersiya” sözü “Digər kommersiya”
sözləri ilə əvəz edilsin;
5.5. 12.2-ci maddədə “maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş qaydada”
sözləri “maddəsinə müvafiq olaraq müəyyən
olunmuş müddətlərdə” sözləri ilə əvəz
edilsin.
Maddə 6. “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹
7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹
12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə
1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr
1286, 1294, ¹ 12 (I kitab), maddə 2221; 2018, ¹ 7 (I kitab), maddə
1392; 2019, ¹ 1, maddələr 19, 33, 50, ¹ 5, maddələr 793,
815, ¹ 6, maddə 999, ¹ 8, maddə 1362; 2020, ¹ 7, maddələr
822, 830; 2021, ¹ 6 (I kitab), maddə 558) aşağıdakı dəyişikliklər
edilsin:
6.1.
78.3-cü maddədə “bu Qanunun 78.8-ci maddəsində
nəzərdə tutulmuş hesabatların dərc olunduğu
qəzetlərin nüsxələri ilə birlikdə maliyyə
ili” sözləri “təqvim ili” sözləri ilə, “maliyyə
bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan
Respublikasının Mərkəzi Bankına” sözləri ilə
əvəz
6.2. 78.4-cü maddənin mətni
ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:
“Sığortaçı
mühasibat uçotunun aparılmasını və maliyyə
hesabatlarının tərtib edilməsini “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq həyata keçirir.”;
6.3. 78.8-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“78.8. Sığortaçı
maliyyə ilinin bitməsindən ən geci üç ay
müddətində kənar auditor tərəfindən
yoxlanılmış illik maliyyə hesabatlarını, ən
geci altı ay müddətində isə kənar auditor tərəfindən
yoxlanılmış birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə
birlikdə Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim etməli, özünün rəsmi internet
səhifəsində və mətbu orqanda dərc etdirməli
və bu barədə məlumatı Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.”;
6.4. aşağıdakı məzmunda
78.8-1-ci maddə əlavə edilsin:
“78.8-1. Sığortaçı
illik maliyyə hesabatlarının və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarının surətini
auditor rəyi ilə birlikdə hər hansı şəxsə
onun müraciəti əsasında pulsuz təqdim etməlidir.”;
6.5.78.9-cu maddə
aşağıdakı redaksiyada verilsin:
“78.9.
Sığortaçının mühasibat uçotu və
maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə
nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
həyata keçirilir.”.
Maddə 7. “Bank olmayan kredit təşkilatları
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72;
2013, ¹ 7, maddə 789; 2014, ¹ 10, maddə 1160; 2016, ¹ 3, maddə
407, ¹ 4, maddə 641; 2017, ¹ 12 (I kitab), maddə 2228; 2018, ¹ 5, maddə 844, ¹ 6, maddə 1171;
2019, ¹ 1, maddə 32, ¹ 5, maddə 815)
20.1-20.4-cü maddələri aşağıdakı
redaksiyada verilsin:
“20.1. BOKT illik maliyyə
hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin
mühasibat uçotunun aparılması qaydaları, o cümlədən
illik maliyyə hesabatlarının forması və məzmunu
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
20.2.BOKT maliyyə ilinin bitməsindən
ən geci beş ay müddətində kənar auditor tərəfindən
yoxlanılmış illik maliyyə hesabatlarını, ən
geci altı ay müddətində isə kənar auditor tərəfindən
yoxlanılmış birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə
birlikdə Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim etməli, özünün rəsmi internet
səhifəsində və mətbu orqanda dərc etdirməli
və bu barədə məlumatı Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
20.3.BOKT illik maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi
ilə birlikdə hər hansı şəxsə onun
müraciəti əsasında pulsuz təqdim etməlidir.
20.4. BOKT-nin mühasibat uçotu və
maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə
nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
həyata keçirilir.”.
Maddə 8.“İnvestisiya fondları
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 950;
2014, ¹ 10, maddə 1161; 2015, ¹ 11, maddə 1261; 2016, ¹ 3, maddə
412, ¹ 4, maddə 642, ¹ 12, maddə 2002; 2017, ¹ 11, maddə 1952,
¹12 (I kitab), maddə 2225; 2018, ¹ 7 (I kitab), maddə 1394; 2019, ¹
1, maddə 33, ¹ 5, maddə 815, ¹ 6, maddə 999)
aşağıdakı dəyişikliklər edilsin:
8.1.30.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“30.2.İnvestisiya fondları və
onların idarəçiləri mühasibat uçotunun
aparılmasını və maliyyə hesabatlarının tərtib
edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun həyata
keçirirlər;”;
8.2.48.1.5-ci maddəyə
“hesabatlarına” sözündən sonra “(maliyyə
hesabatları istisna olmaqla)” sözləri əlavə edilsin;
8.3.48.1.13-1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“48.1.13-1. investisiya
fondlarının və onların idarəçilərinin
mühasibat uçotu və maliyyə
hesabatlılığı sahəsində fəaliyyətinə
bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq nəzarət
edilir.”;
8.4.aşağıdakı məzmunda
48.4-cü və 48.5-ci maddələr əlavə edilsin:
“48.4. İnvestisiya fondları və
onların idarəçiləri maliyyə ilinin
qurtarmasından ən geci beş ay müddətində kənar
auditor tərəfindən yoxlanılmış illik maliyyə
hesabatlarını, ən geci altı ay müddətində isə
kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi
ilə birlikdə Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim etməli, özünün rəsmi internet
səhifəsində və mətbu orqanda dərc etdirməli
və bu barədə məlumatı Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
48.5.İnvestisiya fondları və
onların idarəçiləri illik maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi
ilə birlikdə hər hansı şəxsə onun
müraciəti əsasında pulsuz təqdim etməlidir.”.
Maddə 9. “Qiymətli
kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹
11, maddə 1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5,
maddə 712, ¹ 12 (I kitab), maddə 2222; 2018, ¹ 5, maddə 893, ¹ 7 (I kitab), maddə
1395; 2019, ¹ 1, maddələr 33, 50, ¹ 2, maddə 189, ¹ 5, maddələr
807, 815, ¹ 6, maddə 999, ¹ 7, maddə 1184)
aşağıdakı dəyişikliklər edilsin:
9.1.61.12-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“61.12.Lisenziyalaşdırılan
şəxslər mühasibat uçotunun
aparılmasını və maliyyə hesabatlarının tərtib
edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata
keçirir. Lisenziyalaşdırılan şəxslər
maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində
kənar auditor tərəfindən yoxlanılmış illik
maliyyə hesabatlarını, ən geci altı ay müddətində
isə kənar auditor tərəfindən
yoxlanılmış birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə
birlikdə Azərbaycan Respublikasının Mərkəzi
Bankına təqdim etməli, özünün rəsmi internet
səhifəsində və mətbu orqanda dərc etdirməli
və bu barədə məlumatı Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.
Lisenziyalaşdırılan şəxslər illik maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi
ilə birlikdə hər hansı şəxsə onun
müraciəti əsasında pulsuz təqdim etməlidirlər.”;
9.2.83.0.10-1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“83.0.10-1. qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan şəxslərin
mühasibat uçotu və maliyyə
hesabatlılığı sahəsində fəaliyyətinə
bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq nəzarət etmək;”.
Maddə 10.“Kredit büroları haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 1997;
2018, ¹ 5, maddə 843; 2019, ¹ 1, maddə 32)
aşağıdakı dəyişikliklər edilsin:
10.1.7.1.3-cü maddədən “o
cümlədən” sözləri çıxarılsın;
10.2.7.2-ci maddəyə
“hesabatı” sözündən sonra “(maliyyə hesabatları
istisna olmaqla)” sözləri əlavə edilsin;
10.3. aşağıdakı məzmunda
7.4-cü maddə əlavə edilsin:
“7.4. Kredit bürosu tərəfindən
mühasibat uçotunun aparılması və maliyyə
hesabatlarının tərtib, təqdim və dərc edilməsi
ilə bağlı münasibətlər “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir. Kredit bürosu illik maliyyə
hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə
uyğun olaraq müəyyən olunmuş müddətdə
Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etməlidir.”.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2021-ci il
Azərbaycan.
- 2021.- 22 dekabr.- S.13.