Xalqa xidmətin cəsarət və peşəkarlıq örnəyi - Nəsir İmanquliyev zirvəsi

 

Təməli 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımız ötən əsrin əvvəllərində xalqı qəflət yuxusundan oyatdı, 1918-ci il müstəqilliyinə aparan yolu bir növ hamarlayaraq ona ideoloji məzmun qazandırdı. Bu, özlüyündə ənənə idi. O ənənə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə hədəfinə çatmışdı. Ümumən, çox da uzaq olmayan tariximizin müxtəlif mərhələləri jurnalistikanın, mətbuatın ictimai fikirdə oynadığı mühüm rola şahidlik səhnələri ilə zəngin olmuşdu.

1918-ci ildə qazandığımız dövlət müstəqilliyinin ömrü cəmi iki il çəkmişdi. Ancaq 23 ay ərzində Həsən bəy Zərdabinin əsasını qoyduğu mətbu ideyalar zəfər təntənəsi anlarını yaşayaraq fərqli yaradıcılıq motivləri ilə silahlanmış, sanki gələcəyin təlatümlərindən qorunmaq üçün özünümüdafiə vərdişləri əldə etmişdi. Bu, Zərdabi ənənələrinin yeni çalarlarla zənginləşdiyi zaman kəsiyiydi. Və bu zaman kəsiyi mətbuatı 1920-ci ilin sovet işğalı ilə başlanmış imperiya əsarətinə qarşı mübarizə ruhuna kökləmişdi. Təbii, o ruha nəfəs verənlər də lazım idi. Elə bir nəfəs ki, totalitarizmin sərt qayda-qanunlarına rəğmən cəmiyyəyə millilik gətirsin. Bu il dekabrın 22-də 110 yaşı tamam olan görkəmli jurnalist, publisist, dəyərli pedaqoq, alim, böyük ziyalı və ictimai xadim Nəsir İmanquliyev də mətbuatımızda, ümumən, ictimai fikir tariximizdə milli nəfəs idi. O nəfəs yalnız hənirti vermir, eyni zamanda obrazlı desəm, dəmirçi körüyü kimi kükrəyirdi.

Azərbaycan ədəbiyyatında, incəsənətində özünün koloriti ilə fərqlənmiş tanınmış şəxsiyyətlərin Nəsir müəllim haqqında olduqca dəyərli, dəyərli olduğu qədər də maraqlı fikirləri var ki, həmin fikirlərin hər biri XX əsr Azərbaycan tarixini xarakterizə etmək baxımından son dərəcə müstəsna əhəmiyyətə malikdir. Qətiyyətlə söyləmək mümkündür ki, N.İmanquliyev XX əsr tariximizlə bağlı ayrıca dünyadır. Onun dünyasında tarixi jurnalistikanın gücü ilə yaratmaq əzmi, jurnalistikanı cəmiyyətin nəzərlərində şərəfləndirmək borcu vətənpərvərlik tapşırığı kimi özünü göstərməkdə idi.

Haqqında yazılanları, deyilənləri təhlil etdikcə eyni zamanda görürsən ki, Nəsir İmanquliyev hadisə yaradan obraz idi. Harada çalışmışdısa, özlüyündə məxsusi hadisəyə çevrilmişdi. Xarakterindəki bütövlüyə heyran qalmamaq olmur. Onun  səmimiliyinə, qayğıkeşliyinə, canayananlığına, həssaslığına həsəd aparmaq zövq verirdi. Bütün bunlar N.İmanquliyev obrazına tarixi şəxsiyyət imici qazandırır.

Nəsir müəllimin ziyalılığı üçün fədakarlıq etalon idi. O, ana dili, millilik, kimlik uğrunda mübarizəyə sanki yeni ruh, enerji gətirmişdi. Bu mənada elmi-mədəni tərəqqiyə, milli intibaha, türkçülük ideologiyasına söykənmiş “Yeni yol” qəzetindəki fəaliyyəti vurğulanmalıdır. Dahi Üzeyir bəy Hacıbəyli yazırdı: “Koroğlu” operasının anşlaqla keçməsində “Yeni yol” qəzetinin çox böyük xidmətləri olmuşdur. Görkəmli publisist Qulam Məmmədlinin, Nəsir İmanquliyevin zəhmətini isə heç nə ilə müqayisə etmək olmaz. “Yeni yol” qəzetinin xüsusi bülletenlərini hazırlayan Nəsir İmanquliyev o günlərdə çox böyük çətinliklərə qatlaşdı. Tamaşaçıları səfərbər etdi. “Koroğluya qarşı olan hücumların, mənə olan təzyiqlərin qarşısını jurnalist məharəti ilə aldı”.

Yeni yolun fəaliyyətinə xitam veriləndə Nəsir müəllim buna olduqca sərt reaksiya vermişdi. Bu mətbu orqan, 1939-cu ildə “Kommunist”lə birləşdirilmiş və bununla da 1921-ci ildən başlanmış nəşrini dayandırmışdır. QəzetinKommunist”in içərisində əridilməsi sovet rejiminin ideoloji mübarizəsinin tərkib hissəsiydi. Buna qarşı çıxmaq, həqiqətən, böyük cəsarət tələb edirdi ki, onu N.İmanquliyev Azərbaycan SSR Kommunist Partiyasının baş katibi Mircəfər Bağırova ünvanladığı etiraz məktubu ilə açıqca göstərmişdi. Çoxları bu müraciəti Nəsir müəllim üçün sonluq hesab etmişdilər düşüncələrində haqlıydılar. Lakin Böyük Vətən müharibəsinin başlanması ilə cəmiyyətdə yaranmış fərqli ovqat N.İmanquliyevivısılka”dan qorumuşdu. Təbii ki, burada M.Bağırovun onun müraciətinə siyasi rəng qatmaqdan uzaq durması da vurğulanmalıdır...

Müharibə N.İmanquliyev yaradıcılığında xüsusi səhifəni açdı, desək yanılmarıq. Krım cəbhəsində fəaliyyət göstərmiş jurnalist buradakıDöyüşən Krımqəzetində redaktor olmuşdu. Nəsir müəllimin rəhbərliyi ilə qəzetdə işıq üzü görmüş məqalələr böyük əks-səda doğurmuşdu. Eyni zamanda o, siyasi rəhbər kimi azərbaycanlılardan ibarət diviziyanın əsgərlərini döyüşə ruhlandırmış, onlar arasında təbliğat-təşviqat işləri aparmışdı.

Hər bir tarixi şəxsiyyət üçün zirvə anlayışı var. Nəsir İmanquliyev yaradıcılığının zirvəsi isəBakı “Baku” qəzetləri olmuşdu. O, sözügedən nəşrləri ərsəyə gətirib ictimai həyata təqdim etməklə bir növ, “Yeni yol”un yarımçıq qoyduğu ideyalara nəfəs vermişdi. Sanki “Yeni yol”un qapadılmasının intiqamını almışdı. Bu qəzetlərin nəşri çətinliklər bahasına başa gəlsə , peşəni gücə çevirmək istəyi Nəsir müəllimi tərk etməmiş, tutduğu yolda prinsipiallıq qətiyyət göstərmişdi.

Bakı “Baku”, əslində, fəaliyyət spesifikası baxımından bir körpü idi. Nəsir müəllim Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli kimi klassiklərimizin ənənələrini yeni dövrün Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu onlarca belə görkəmli şəxsiyyətlərin irsi ilə çulğalaşdırmış, ənənə davamlılığını təmin etmişdi. Bu təminat həm ziyalı sözünün təqdimatındakı davamlılıq, bütövlükdə söz sənətinin təntənəsiydi. O sözün ki, deyilməsi cəmiyyətdə qəbul edilməsi yekun nəticədə milli şüur kimlik hissinin aşılanmasına yönəlmişdi. O sözün ki, son dərəcə cəsarətliydi. Bu yerdə görkəmli şair Bəxtiyar Vahabzadənin ustad jurnalist haqqında söylədiyi fikri xatırlamağa ehtiyac var: “Heç kimə sirr deyildi ki, şəhərimizin küçələrinin adlarının 80 faizi özgə millətlərdən olanların adlarını daşıyırdı. Mən bu adların dəyişdirilməsinə çox çalışırdım. Ruhu şad olsun Nəsir müəllimin. Mənim bu yazdıqlarımın hamısını qəzet səhifələrində çap edirdi. Bu adam o zamanlar çoxunda olmayan cəsarətin simvolu idi...”

Nəsir müəllim 87 illik ömrünün 70 ilini jurnalistikaya sərf etmişdi. 70 ilin 30 iliBakı “Baku” qəzetləri ilə bağlı olmuşdu. O, bu qəzetlərin baş redaktoru kimi nəinki dövrünün ictimai, mədəni mühitinin möhkəmlənməsində müstəsna xidmətlər göstərmiş, eyni zamanda ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının yetişməsinə püxtələşməsinə böyük töhfə vermişdi. Qurucusu olduğu qəzetlər cəmiyyətdə geniş oxucu auditoriyası, misilsiz populyarlıq qazanmaqla bərabər, əsl məktəbə çevrilmişdilər. Xalq şairi Cabir Novruz əbəs yerə demir: “Biz - o dövrünBakı”lıları sonralar müstəqil vəzifələrdə çalışanda, hər yerdə qürurlaNəsir müəllimin yetirmələriyikdemişik”.

Bəli, Nəsir İmanquliyevinBakı”-”Baku”suBakı”lılar nəsli yetişdirmişdi. Nəslin nümayəndələrinin hər biri Azərbaycanın istər mətbuat cameəsində, istərsə ictimai mühitində sayılıb-seçilən imzalara çevrilmişdi. Bununla yanaşı, Nəsir müəllimin pedaqoq kimi Jurnalist nəslinin formalaşmasında müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə öz övladı kimi yanaşırdı. Övladına göstərdiyi qayğı nəvazişi onlardan əskik etmirdi. O dövrdəBakı “Baku” qəzeti praktik, BDU-nun Jurnalistika fakültəsi isə nəzəri jurnalistikada Nəsir İmanquliyev məktəbi idi. Bu məktəblərin hər ikisi üçün iki mühüm meyar var idi - peşəkarlıq tələbkarlıq.

Nəsir İmanquliyevin jurnalistika məktəbinin daha bir vacib xarakterik xüsusiyyəti dinamizm idi. Baxın, hazırda ölkəmizdə yüzlərlə kütləvi informasiya vasitəsi var. Bu xüsusda xəbər saytlarının, elektron resursların fəaliyyəti ayrıca qeyd olunmalıdır. Onlar cəmiyyəti informasiyalarla operativ şəkildə təmin edirlər. Nəsir müəllim Azərbaycan jurnalistikasına operativliyi hələ o dövrdə gətirmişdi. Rus dilində nəşr olunan “Baku” axşam qəzeti bunun əyani, təsəvvür edilməyəcək qədər bənzərsiz, təkrarsız inqilabi nümunəsiydi. bu cəhət onu deməyə əsas verir ki, ustadın baxışlarında jurnalistika fasiləsiz işləyən mexanizm idi. Onun anlayışında həyat durmadığı kimi, jurnalistika da  dayana bilməzdi, daim mütəhərrik idi, hər zaman çalışırdı.

Dahi Şekspirin sözüdür, insanlar ən böyük uğura o zaman o fəaliyyət sahəsində nail olurlar ki, həmin sahə onların daxili harayına cavab verir, dərin maraq oyadır. Peşə hobbiləri eyni, yəni sevdikləri ilə məşğul olan insanlar, sözün əsl mənasında, xoşbəxtdirlər. Əlbəttə, peşə sevimli məşğuliyyəti bir araya gətirmək böyük səy əzmkarlıq tələb edir. Xeyirxahlıq, yüksək insaniyyət, alicənablıq, əsl kişilik mərdlik örnəyi Nəsir İmanquliyev əzmkarlığının ona xoşbəxtlik qazandırdığını söyləmək mümkündür. Çünki ustadın əzmkarlığı özünü doğruldub, bütövlükdə cəmiyyətə məmnuniyyət gətirib. Bu mənada Nəsir müəllimin mənalı ömür sürdüyünü söyləmək mümkündür. Nəsir İmanquliyevin ömrü həm ona görə mənalıdır ki, onun qayəsini Vətənə, xalqa, jurnalist peşəsinə fasiləsiz, yorulmaz xidmət təşkil edib.

Ruhu şad olsun!

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

 

Azərbaycan.- 2021.- 22 dekabr.- S. 14.