Təhsil naziri brifinq
keçirib
Dekabrın 21-də Prezident İlham Əliyevin təhsil sahəsinə dair 20 dekabr 2021-ci tarixli müvafiq sərəncamları ilə bağlı təhsil naziri Emin Əmrullayevin brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Emin Əmrullayev təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsinin müstəsna rol oynadığını qeyd edib. Nazir vurğulayıb ki, Azərbaycanda son illərdə bu təhsil pilləsi üzrə ciddi uğurlar əldə olunub. Məktəbəqədər təhsil formasının əhatəliliyinin artırılması istiqamətində mühüm işlər görülüb.
Məktəbəqədər təhsil istiqamətində qarşıda duran hədəflərə toxunan Emin Əmrullayev bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin səmərəliliyinin artırılması, uşaqların bu müəssisələrdə düzgün təlim-tərbiyə prosesinə cəlbi və qayğı ilə əhatə olunması vacib komponentlərdən biridir.
Daha sonra
regional təhsil idarələrinin
yaradılması ilə bağlı Sərəncamdan
danışan təhsil naziri media nümayəndələrinin diqqətinə
çatdırıb ki, regional
idarələrin yaradılması rayon və
şəhər təhsil şöbələrinin ləğv
edilməsi demək deyil. Nazirin sözlərinə görə, Sərəncama
əsasən, hər rayonda təhsili idarə
edən qurumlar olacaq və
onlar regional idarələrin
tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş
müraciətlərinə vaxtında baxılmasına, həm
də yerli məsələlərin həllinə
müsbət təsir edəcək.
Azərbaycan.-
2021.-22 dekabr.- S.14.