İqtisadi
əməkdaşlığın daha da genişlənməsi
üçün yaxşı potensial var
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey
Overçuku qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya
Federasiyası arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulandı. Ticarət dövriyyəsinin
artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın
daha da genişlənməsi üçün yaxşı potensialın
olduğu bildirildi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin Soçi
görüşü məmnunluqla xatırlandı.
Aleksey
Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq
üzrə ilin yekunlarının müzakirəsi
üçün yaxşı imkan yaratdığı
vurğulandı.
Söhbət
zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin
müavinləri səviyyəsində üçtərəfli
komissiyanın fəaliyyətinə toxunuldu,
kommunikasiyaların açılması və digər məsələlər
müzakirə olundu.
Görüşdə
Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf
perspektivləri ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2021.- 18
dekabr.- S.1.