Prezident iqtidar-müxalifət münasibətlərinə yeni nəfəs gətirdi

 

1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra Azərbaycan özünün yeni tarixini yaratmağa başladı. Bu tarix ağrılarla, itkilərlə, çətinliklərlə, maneələrlə dolu idi. Bir də gələcəyə olan böyük ümidlər vardı. Çünki Azərbaycan gənc və zəngin enerji resurslarına malik dövlət idi. Ərazilərinin 20 faizinə qədəri işğal edilmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünə yurdun müxtəlif guşələrində sığınacaq vermək məcburiyyətində qalmışdı. Azərbaycanın yeni tarixi məhz belə bir dövrdə səhifələnməyə başlamışdı.

 

Sağlam təməllər üzərində qurulan dövlət

 

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın böyük gələcəyə olan ümidlərinə işıq tutmuşdu. Onun neft-qazla zəngin yataqları dünyanın aparıcı enerji şirkətləri tərəfindən işlənəcək, ölkəyə maliyyə axacaqbu, dövlətimizin sağlam təməllər üzərində qurulmasına, iqtisadiyyatının güclənməsinə, ordu quruculuğuna, işğal altındakı torpaqlarının gələcəkdə azad edilməsinə vəsilə olacaqdı.

2003-cü ilə - İlham Əliyevin prezident seçilməsinə qədər olan illər Azərbaycanda dövlət quruculuğu illəri kimi təsnifləşdirilib. 2003-cü ildən sonrakı illər isə dövlətimizin inkişafı və islahatlar dövrü kimi səciyyələndirilir. Azərbaycanın 2003-cü ildən bu günə qədərki dövrünün baş memarı ölkə prezidenti İlham Əliyevdir.

İlham Əliyevin prezidentliyinin ilk illəri ölkə üçün ağır və məsuliyyətli dövrə təsadüf edir. “Əsrin müqaviləsi” ilə başlanan yeni neft erası öz məntiqi ardıcıllığı ilə davam etməli, dünya bazarlarına çatdırılmalı idi. Bunun üçün müqavilələrdə və layihələrdə nəzərdə tutulan neft kəmərləri çəkilməli idi. Azərbaycanın böyük həcmdə gəlirlər əldə edəcəyindən və güclənəcəyindən, öz müstəqilliyini daha da möhkəmləndirəcəyindən narahat olan xarici qüvvələr ölkəyə qarşı təzyiqləri artırmağa başladılar. Ən böyük istəkləri kütləvi iğtişaşlar, xaos yaratmaq, rəngli inqilablar həyata keçirmək idi.

Bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan öz hədəflərinə doğru inamla irəlilədi. Öz neftini Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql edəcək 1768 kilometr uzunluğunda kəməri çəkməyə nail oldu.

BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdırıldı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salındı. Bu, ölkənin həyatında dönüş anı idi. Onun ardından enerji layihələrinin şaxələndirilməsi, iqtisadi cəhətdən səmərəli olan digər mühüm layihələrin həyata keçirilməsi zərurəti yarandı. BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi.

2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. 2018-ci ildə Bakıda “Cənub qaz dəhlizi”nin, ardından da onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi.

Sonra TAP layihəsi reallaşdırıldı. “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaratdı. Avropa və Asiyanı birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü.

Bakı-Tbilisi-Qars dəmir yolu açıldı, Azərbaycanın Rusiya, İranGürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırıldı. Azərbaycan siyasi, iqtisadistrateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzitlogistika mərkəzlərindən birinə çevrildi.

Bütün bunlar məhz İlham Əliyevin sarsılmaz iradəsi, tükənməz enerjisi və əməyinin nəticəsi idi. O, başa düşürdü ki, Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən ancaq iqtisadi cəhətdən güclənməsi, çevikeffektiv işləyən dövlət institutlarının yaradılması, ardından da güclü ordusunun formalaşdırılması çıxarda bilər.

Məhz onun siyasəti sayəsində Azərbaycan regional gücə, əhəmiyyətli tranzit xətlərinin yaradıcısı və ötürücüsünə çevrildi.

 

İslahatlar və idarəetmədə nəsil dəyişikliyi

 

2018-ci il prezident seçkilərindən sonra ölkədə ciddi islahatlar prosesinə start verildi. Onun nəticəsində idarəetmə sistemində nəsil dəyişikliyi başladı, müasir təfəkkürlü insanlar bu işə cəlb edildilər.

Kadr islahatları başladı, gənclər irəli çəkildi. 2019-cu ildə müstəqillik illərindən bəri ilk dəfə yaşanan dəyişikliklər baş verdi. İdarəetmədə yeniliklərlə yanaşı, sosial istiqamətdə addımlar atıldı. İqtisadiyyatda, xüsusən vergi siyasətində çox ciddi struktur dəyişiklikləri həyata keçirildi. Böyük risk olmasına baxmayaraq, savadlı, dünyanın qabaqcıl universitetlərində təhsil almış gənclərin mühüm vəzifələrə gətirilməsi effekt verdi.

Mühüm məsələ həm də o idi ki, Prezident kadr siyasətində partiya faktoruna yox, peşəkarlığa üstünlük verdi.

O, cəsarətlə sistemin siyası islahatlarını həyata keçirdi. İlk növbədə iqtidarla müxalifətin effektiv dialoqu quruldu. Bu dialoq 44 günlük müharibənin gedişində xalqın müxtəlif siyasi təbəqələri arasında birliyin yaranması istiqamətində mühüm addım idi.

Effektiv idarəetmə sisteminin qurulması üçün mühüm işlər görüldü, müvafiq yol xəritələri yaradıldı, hazırda uğurla həyata keçirilir. Bütün bunlara paralel olaraq qeyri-neft sektoru inkişaf etdirildi. İlham Əliyevin ən son açıqlamasında deyildiyi kimi, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, neftqaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışır. Artıq ÜDM-də neftqaz amili 50 faizdən aşağıdır.

İlham Əliyev o liderlərdəndir ki, böhranlı vəziyyətlərdə operativeffektiv qərarlar qəbul etməyi bacarır. Dünya liderləri ilə normal ünsiyyət bacarığı və əməkdaşlıq qabiliyyəti var. Bir zamanlar onu şiddətli tənqid hədəfinə çevirən dünya mediası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra İlham Əliyevə münasibətlərini yaxşı mənada dəyişiblər. Çünki o, dünyanın aparıcı KİV-inə verdiyi müsahibələri, səmimi və məntiqli fikirləri, ölkəsinin maraqlarını ləyaqətlə təmsil etməsi ilə onların rəğbətini qazanıb. Azərbaycanın “Formula-1”, “Avroviziya”, I Avropa Oyunları və bir çox mühüm beynəlxalq yarışlara evsahibliyi etməsinə dəstək verməklə ölkəmizi yaxşı yöndən dünyaya tanıtmış oldu. Bu addımlar ölkənin turizm, iqtisadi, mədəni potensialını dünyaya açdı, həmçinin investisiya imkanlarını nümayiş etdirdi.

Onun siyasəti həm də Azərbaycanın dünyaya açılan mədəni bir pəncərə olduğunu göstərdi. Ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda təşkil edilən müxtəlif festivallar, Azərbaycanın dünya şöhrətli ədiblərinin yubiley mərasimləri, onlara həsr olunan elmi, mədəni və kütləvi tədbirlərin keçirildiyi illər (Nəsimi ili, Nizami ilis.) ölkəmizi həm də Şərq musiqisinin, mədəniyyət və incəsənətinin, poeziyasının, ədəbiyyatının beşiyi kimi tanıtdı. İndi dünya Azərbaycanı həm də müsəlman Şərqində bir çox ilklərə imza atmış, multikultural dəyərlərə üstünlük verən, çəkinmədən sivilizasiyalararası dialoqa ev sahibliyi edən ölkə kimi tanıyır. Bizim mədəni irs nümunələrimiz UNESCO səviyyəsində tanınır və qorunur. 

 

Dünyanın otuz ildə həll edə bilmədiyi problem 44 gündə həll olundu

 

İlham Əliyev bir neçə əməlinə görə tarix kitablarına öz adını yazdırıb. Lakin onların ən şərəflisi və möhtəşəmi ərazilərimizin Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə İlham Əliyev özünün ötən bir il ərzində son dərəcə populyar olanQarabağ Azərbaycandır!” sözləri ilə cavab verdi. Hər şey də elə bundan başladı. Onun məhz “Qarabag Azərbaycandır!” ifadəsi ərazilərimizin işğaldan azad edilməsinə və bizi qalib millətə çevirməyə vəsilə oldu.

Prezident hələ yenidən formalaşdırılan parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons vermişdi. Bu proses Azərbaycanın müharibədə qazandığı qələbəyə qədər gəlib çıxdı, milli birliyin yaranmasına vəsilə oldu. Tədricən Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi. Torpaqlarımızın azad edilməsi İlham Əliyevin prezidentlik dönəmində əldə etdiyi uğurların zirvəsi idi.

Bu, dünyanın, beynəlxalq təşkilatların üç onillik ərzində həll edə bilmədiyi Qarabağ probleminin cəmi 44 gündə həll olunması idi. Bu, xalqımızın qürurunun, şərəfinin, inamının özünə qaytarılması idi. Onun liderliyi altında Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, amma yerinə yetirilməmiş dörd qətnaməsinin tələblərini təkbaşına yerinə yetirdi. ATƏT-in Minsk qrupu həmsədrlərinin 1994-cü ildən həyata keçirdiyi vasitəçilik missiyası heç bir nəticə verməmişdi. Amma ötən il Azərbaycan Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi növbəti hərbi təxribatlarına cavab olaraq cəmi 44 gün ərzində ərazilərinin 30 illik işğalına hərbi güc yolu ilə son qoydu. Bu müharibədə Azərbaycanın 2900 nəfərədək hərbçisi və yüzə qədər mülki vətəndaşı həlak oldu. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusu üzərində zəfər çaldı. Ermənistan rəhbərliyi ölkəsinin ordusunun tamamilə məhv olunduğunu görərək kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı.

 

Azərbaycan öz şərəfli tarixinə daha bir möhtəşəm günü - 8 Noyabr Zəfər Gününü əlavə etdi.

 

Beləliklə, İlham Əliyev beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan problemə cəlb etdi. Bu gün Avropa İttifaqı, böyük ölkələrin liderləri Ermənistanla Azərbaycan arasında davamlı sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası üçün cəhdlər edirlər. Bu günlərdə Soçi və Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən mühüm görüşlər də bunun bariz nümunəsidir.

Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Artıq hər kəs bu regionda Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk etməyə başlayıb. Bu, məhz İlham Əliyevin vaxtında yerində verilmiş qərarlarının, müdrik siyasətinin nəticəsidir.

Prezident Kəlbəcər Laçına səfəri zamanı bir daha Ermənistanadəmir yumruğ”un yerində olduğu mesajını vermişdi. Bildirmişdi ki, Ermənistanın sərhəddə Qarabağda təxribatları çox ağır nəticələnə bilər. Prezident həm Ermənistana, həm proseslərdə iştirak etmək istəyən digər güclərə ciddi mesaj vermişdi. Ermənistanla yanaşı, onun havadarlarına, erməniləri silahla təmin edən qüvvələrə bildirmişdi ki, Ermənistan müxtəlif güclər tərəfindən təxribatlara təhrik edilə bilər, lakin bunun mütləq nəticələri olacaq. Həmin qüvvələr qədər istəsələr , münaqişəni bərpa edə bilməyəcəklər. Azərbaycanın 44 günlük müharibədə qalib gələn ordusu vətənin keşiyindədir onun güclənməsi, müasirləşməsi davam etdirilir.

Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır. Biz bölgədə daimi sülhü yaratmaq üçün addımlar atırıq. Ermənistan da bu prosesdə öz revanşist iddialarına son qoyaraq üçtərəfli Bəyannamədə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməlidir. Çünki sülhün yaradacağı reallıqlar Ermənistanın da maraqlarına uyğundur.

 

Azərbaycan beynəlxalq oyunçuya çevrilib

 

Son günlər Brüsseldə NATO-nun Baş qərargahında keçirilən görüş zamanı baş katib Yens Stoltenberqin Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı regionda sülhyaratmaya verdiyi töhfələrlə bağlı fikirləri çox diqqətçəkən idi. NATO rəhbərliyi artıq Cənubi Qafqaz regionunda aparıcı gücün məhz Azərbaycan olduğu reallığını qəbul edir.

İlham Əliyevin tutduğu mövqe bölgədə yeni münasibətlər sisteminin yaranmasına təkan verib. 3+3 (3+2) əməkdaşlıq formatı, Türk Dövlətləri Təşkilatının genişlənməsi, Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə həyata keçirdiyi mühüm fəaliyyətlər bunun bariz nümunəsidir.

O da diqqətdən qaçmamalıdır ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək, ardından da Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddi idi. İndiyə qədər iki qardaş ölkə arasında münasibətlər bu dərəcədə yüksək səviyyəyə çatmamışdı. İki ölkənin birlikdə həyata keçirdiyi hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına güclənməsinə xidmət edir. Bu həm bütün dünyaya mesajdır ki, Azərbaycan Türkiyə birlikdə regionda vahid gücdür, onları təkləmək, görməzdən gəlmək mümkün deyil.

İlham Əliyevin şəhid ailələrinə, müharibə əlili veteranlarına göstərdiyi qayğı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha onu göstərir ki, dövlətimiz onun ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibədə sağlamlığını itirmiş qazilərə, müharibə iştirakçılarına öz borcunu ödəməkdə israrlıdır. Dövlət öz vətəndaşına, döyüşən övladlarına, şəhidlərinin ailələrinə sahib çıxır həmişə çıxacaqdır.

 İlham Əliyev dünyanı bürümüş pandemiya dövründə virusun geniş yayılmasının qarşısının alınması, xəstələrin müalicəsi üçün təcili effektiv tədbirlərin görülməsi üçün müvafiq addımları atıb. Ölkəyə peyvəndlər gətirilib və əhalinin 3-4 dozada peyvənd qəbul etməsi üçün hər cür şərait yaradılıb. Məhz bu effektiv siyasət sayəsində bu gün Azərbaycanda pandemiya qorxulu hal almayıb.

İlham Əliyevin pandemiya dövründə atdığı adekvat addımlar, imkanı olmayan ölkələrə peyvəndlərin, tibbi ləvazımatların göndərilməsi kimi humanitar aksiyalara dəstək verməsi də dünyada onun nüfuzunun artmasına gətirib çıxarıb.

Hazırda dövlətin və xalqın qarşısında Böyük qayıdış, Qarabağı cənnətə çevirmək dayanır. Əminəm ki, prezidentin bu istiqamətdə strategiyası uğurla nəticələnəcək.

Prezident həm müharibə dövründə, həm də ondan sonra Azərbaycanı dünyaya daha yaxşı tanıtmağa başladı. Onun sayəsində dünyanın Azərbaycana və xalqımıza rəğbəti artdı. Bunu daha da inkişaf etdirmək lazımdır. Odur ki, ölkədə hər kəs prezidentin ətrafında birləşərək, vahid bir yumruğa çevrilərək çəkici eyni zindana vurmalı, ölkəmizi daha parlaq gələcəyə doğru ləyaqətlə aparmalıdır.

 

Asim MOLLAZADƏ,

Demokratik İslahatlar Partiyasının sədri,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2021.-24 dekabr.- S.14.