“İşsizlikdən sığorta fondunun
2022-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 9-cu (hər iki halda) və 10-cu hissələrində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində
(ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində
Əmək Bazarı və Sosial Müdafiə
Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;
1.4. həmin Qanunun 3-cü maddəsinin
10-cu hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi:
3.1. işsizlikdən
sığorta fondunun
2022-ci il büdcəsinin
gəlirlərinin yerinə
yetirilməsi üçün
tədbirlər görsün
və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin;
3.2. büdcə
təşkilatlarının 2022-ci il yanvarın 1-dək yaranmış işsizlikdən
sığorta haqları
üzrə borclarına
dair məlumatları
20 (iyirmi) gün müddətində Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsin;
3.3. “İşsizlikdən
sığorta fondunun
2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. işsizlikdən
sığorta fondunun
2022-ci il büdcəsinin
xərclərinin yerinə
yetirilməsi üçün
tədbirlər görsün
və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin;
4.2. “İşsizlikdən
sığorta fondunun
2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və büdcədən maliyyələşən
təşkilatlar büdcədənkənar
vəsaitlər üzrə
əvvəlki illərdə
yaranmış işsizlikdən
sığorta haqları
üzrə borclarını
2022-ci il üçün xüsusi
vəsaitlərin smetalarında
nəzərə alsınlar.
6. Naxçıvan
Muxtar Respublikasının
Nazirlər Kabineti, şəhər və
rayon icra hakimiyyətləri
dövlət təşkilatlarının,
o cümlədən büdcədən
maliyyələşən təşkilatların
işsizlikdən sığorta
üzrə sığorta
haqlarını vaxtında
və tam ödəməsini
təmin etmək üçün Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyindəki
qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman
2022-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2021-ci il
Azərbaycan.
- 2021.- 24 dekabr.- S. 21.