2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən
istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 23 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Fond) vəsaitinin xərc istiqamətləri
1.1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
1.2. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi;
1.3. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi.
2. Fondun 2022-ci il üçün
investisiya siyasəti
2.1. Fondun investisiya siyasətinin məqsədi
2022-ci ildə
Fond əsas kapitalın
itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Fondun investisiya portfeli
2.2.1. İnvestisiya
portfelinin proqnozlaşdırılan
həcmi
2022-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu
dəyəri (ortaçəkili
həcmi) 42,3 milyard ABŞ dollarına bərabər götürülür.
2.2.2. İnvestisiya
portfelinin valyuta tərkibi
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən
edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin
beynəlxalq kredit agentlikləri tərəfindən
verilmiş kredit reytinqi “A” (Standard &Poor's, Fitch) və ya “A2” (Moody's) dərəcəsindən aşağı
olmayan ölkələrin
valyutalarında ifadə
edilən aktivlərdə
olması şərtilə
Fondun investisiya portfelinin məcmu dəyərinin:
1. 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
2. 20 faizi avroda ifadə olunan aktivlərə;
3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
4. qalan
10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə
bilər.
2.2.3. İnvestisiya
portfelinin altportfelləri
Fondun investisiya
portfeli aşağıdakı
altportfellərdən ibarətdir:
1. borc
öhdəlikləri və
pul bazarları alətləri altportfeli (kredit reytinqinə malik olmayan borc
öhdəliklərinə investisiya
qoyan pay fondları istisna olmaqla) - aşağı uzaqlaşma
intervalı maksimum 5 faiz olmaqla, investisiya
portfelinin məcmu dəyərinin 50 faizi;
2. səhm (pay) altportfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, 5 faizə qədəri səhmlərə
və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları, o cümlədən
səhm (pay) üzrə
müştərək investisiyalarda
iştirak payları olmaqla);
3. daşınmaz
əmlak altportfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya
portfelinin məcmu dəyərinin 10 faizə
qədəri (daşınmaz
əmlaka və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları və daşınmaz əmlak daxil olmaqla);
4. qızıl
altportfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla,investisiya portfelinin məcmu dəyərinin 15
faizə qədəri.
2.2.4. İnvestisiya
portfelinin hədəf
gəlirliliyi
1. Fondun borc öhdəlikləri və pul bazarları
alətləri altportfelinin
idarə edilməsinin
hədəf gəlirliliyi
(bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofAFixedIncomeIndices”
əsas götürülür.
2. Səhm (pay) altportfelinin
hədəf gəlirliliyi
(bençmark) kimi
“MSCI Stock Market Indexes” əsas götürülür.
3. Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması,
yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra - Qaydalar) 4.2-ci bəndinə
əsasən, qızıl
altportfelinə hədəf
gəlirliliyi (bençmark)
tətbiq edilmir.
2.3. İnvestisiya
portfelinin risklərinin
idarə edilməsi üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Fondun borc öhdəlikləri və pul bazarları
alətləri altportfelinin
faktiki ortaçəkili
investisiya müddətini
(durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı
olaraq Fond müəyyən
edir və bu müddət müvafiq bençmarkınortaçəkili
investisiya müddətindən
artıq olmamalıdır.
2.3.2. Kredit riski
1. Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya
aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15
faizi həddində müəyyən edilir.
2. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya
aktivlərinin kredit reytinqi
Qaydaların 3.3-cü bəndinin
səkkizinci yarımbəndində
nəzərdə tutulmuş
qeyri-investisiya reytinqinə
malik borc öhdəlikləri və
təsisatlardakı depozitlər
üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası
Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə
həyata keçirilən
investisiya qoyuluşları
nəticəsində Fondun
investisiya portfelinə
daxil olan aktivlərə tətbiq edilmir.
2.3.3. Likvidlik üzrə tələblər
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard &Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
2. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.
Azərbaycan.- 2021.- 24 dekabr.- S. 22.