Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə
nişanları haqqında Əsasnamə”də və “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının
hərbi geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 454; 2009, ¹ 8, maddə 617; 2016, ¹ 8, maddə 1382) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 24 dekabr.- S. 22.