“Nizami Gəncəvi
mədəni irsi: XXI əsr” simpoziumuna yekun vurulub
Heydər Əliyev Fondunun, Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi - Eko Parkda “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi - Eko Parkın qalereya hissəsində Nizami Gəncəvinin “Xəmsə”si motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.
Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri
açıq elan edərək qonaqları salamlayıb. Bildirib ki, Prezident İlham
Əliyev tərəfindən Azərbaycanın böyük mütəfəkkirlərinin irsinə
diqqət həm də mədəni irsimizin
yaşadılmasına xidmət edir.
Ölkəmizdə “Nəsimi ili”nin, daha sonra
“Nizami Gəncəvi ili”nin elan edilməsi bu dahilərin yaradıcılığının
və Azərbaycan mədəniyyətinin nəinki ölkəmizdə,
eləcə də beynəlxalq aləmdə təbliğinə
böyük töhfə oldu.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qədim kökü var. Onlardan biri də Nizami Gəncəvidir: “Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona görə ki, əsərlərində ən yüksək dəyərlərə inam var. Vətənə məhəbbət, ailə institutu, xeyir əməllər - bütün bunların hamısı Nizami yaradıcılığında öz əksini tapıb. Bugünkü tədbir Nizaminin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətlidir. 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdiyinə görə Prezidentə minnətdarıq. Əlamətdar il çərçivəsində müxtəlif ölkələrdə keçirilən müxtəlif tədbirlərlə bir daha Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyaya təbliğ etmiş olduq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib: “Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır. Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə ehtiyac var”.
Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Qeyd edib ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev növbəti Nizami bayramına toplaşanları salamladı. Bildirib ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir.
Nizami Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar. Nizami ideyaları ona görə dünya tərəfindən qəbul olunur ki, o, ideal cəmiyyət, humanizm, sülh, bərabərlik kimi bəşəriyyəti bu gün də məşğul edən aktual məsələlərdən yazırdı: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərimizin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.
Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və ədəbiyyatının qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb.
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırıb. Qeyd edib ki, Nizami ideoloji qüvvədir. Nizami Azərbaycanı güclü göstərən amildir: “2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkəmizin siyasi hədəfidir. 8 əsr boyunca Nizamiyə yüzlərlə cavab yazılıb, o həm Şərqə, həm də Qərbə işıq ötürən mayak olub. Onun irsinin təbliği davamlı olmalı, bu ənənə davam etdirilməlidir. Bu gün biz Nizamini müasirimiz kimi anırıq.
Yüz il sonra
sorsan bəs o hardadır?
Hər beyt səslənər burda, burdadır.
Bu fikir bu gün də öz gücünü saxlayır. Əgər Nizaminin sözü
dünyanın dörd
bir yanında bu gün yaşayırsa,
demək, o, daim yaşayır”.
Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça muzeyi ilə tanış
oldular. Burada Nizaminin qəzəlləri
üstdə xanəndə,
Əməkdar artist Babək
Niftəliyevin ifasında
səslənən muğamlar
tədbirə rəng
qatıb.
Daha sonra simpozium çərçivəsində
elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Rəngkarlıq üzrə birinci yerə Əminə Rəcəbəliyeva, ikinci
yerə Reyhan Aslanova, üçüncü
yerə Fəxri Abbasov layiq görülüblər. Onlara diplom
və hədiyyələr
təqdim olunub.
Dekorativ-tətbiqi sənət üzrə İsgəndər Məmmədov
I, Səbinə İsmayılova
II, Aytac Atakişiyeva isə III elan olunub. Heykəltaraşlıq üzrə qrup
işinə görə
mükafat isə 6 iştirakçı arasında
bölünüb.
Mükafatlandırmadan sonra konsert proqramı
təqdim olunub. Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir bəy Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solistlərinin ifasında
Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrın solisti, Əməkdar artist
Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirilib.
Azərbaycan Dövlət
Rəqs Ansamblı isə “Cəngavərlərin
döyüş rəqsi”ni təqdim edib.
Bədii hissə Xalq artisti Alim Qasımovun,
Əməkdar artist Fərqanə
Qasımovanın ifaları
və qiraətçi
Nadir Hüseynovun çıxışı
ilə sona çatıb.
Azərbaycan.-2021.- 18 dekabr.- S.6.