Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin həqiqi
hərbi xidmət hərbi qulluqçularının
aylıq pul təminatının və
dövlət qulluqçusu
olmayan mülki işçilərinin aylıq
vəzifə (tarif) maaşlarının artırılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin həqiqi
hərbi xidmət hərbi qulluqçularının
və dövlət qulluqçusu olmayan mülki işçilərinin
sosial müdafiəsini
gücləndirmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına
həmin maaşın
20 faizi məbləğində
əlavə müəyyən
edilsin.
2. Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
dövlət qulluqçusu
olmayan mülki işçilərinin aylıq
vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
4. Müəyyən
edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə
tutulan əlavə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırılmış
say və tərkibə
uyğun olaraq, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən
ödənilir.
5.Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
6. Bu Fərman
2022-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2021-ci il
Azərbaycan. - 2021.- 24 dekabr.- S. 23.