Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini
(xidməti vəzifələrini) yerinə yetirərkən və
ya həqiqi hərbi xidmət
dövründə xəsarət
(yaralanma, travma, kontuziya)
alması və ya xəstələnməsi
nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının,
habelə onların ailə üzvlərinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan
Respublikasının 1997-ci il
20 may tarixli 296-IQ nömrəli
Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar hərbi
xidmət vəzifələrini
(xidməti vəzifələrini)
yerinə yetirərkən
və ya həqiqi hərbi xidmət dövründə
xəsarət (yaralanma,
travma, kontuziya) alması və ya xəstələnməsi
nəticəsində əlilliyi
müəyyən edilmiş
hərbi qulluqçuların
və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək
məqsədilə qərara
alıram:
1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin:
1.1. I dərəcə
əlilliyə görə
- 8 800 manat;
1.2. II dərəcə
əlilliyə görə
- 6 600 manat;
1.3. III dərəcə
əlilliyə görə
- 4 400 manat;
1.4. bu
Fərmanın 1-ci hissəsində
göstərilən kateqoriyadan
olan hərbi qulluqçuların və
daxili işlər orqanları əməkdaşlarının
vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun
olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində
nəzərdə tutulan
məbləğdə.
2. Müəyyən
edilsin ki:
2.1. bu
Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
verilir;
2.2. bu
Fərmanın 5.1-ci bəndi
nəzərə alınmaqla,
birdəfəlik ödəmənin
verilməsi bu Fərmanın 1-ci hissəsində
müəyyən edilmiş
məbləğlərdə sığorta ödənişi
almış və barəsində sığorta
ödənişinin verilməsinə
dair qanuni qüvvəyə minmiş
məhkəmə aktı
olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına
və ya onların vərəsələrinə
şamil edilmir.
3. Birdəfəlik
ödəmənin verilməsi
qaydasına dair təkliflərin hazırlanması,
bu istiqamətdə yerinə yetiriləcək
işlərin əlaqələndirilməsi
məqsədilə aşağıdakı
tərkibdə Komissiya
yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
müdafiə nazirinin
müavini
Azərbaycan Respublikası
daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası
ədliyyə nazirinin
müavini
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidməti rəisinin müavini
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidməti rəisinin müavini
Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidməti rəisinin müavini
Azərbaycan Respublikası
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi rəisinin müavini
Azərbaycan Respublikası
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət
Sığorta Kommersiya
Şirkətinin sədri.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. bu
Fərmanın 3-cü hissəsi
ilə yaradılan Komissiyanın təklifləri
əsasında birdəfəlik
ödəmənin verilməsi
qaydasını iki ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
4.2. bu
Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlərin
verilməsi üçün
Azərbaycan Respublikasının
2021-ci il dövlət
büdcəsindən ilkin
olaraq 50,0 (əlli) milyon manat vəsait
ayrılması üçün
tədbirlər görsün;
4.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1.bu Fərmanın 1-ci və 8-ci
hissələrində nəzərdə
tutulmuş ödənişlərin
verilməsini bu Fərmanın 4.1-ci bəndində
nəzərdə tutulan
qaydaya uyğun olaraq təmin etsin;
5.2. bu
Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlərin
nağdsız qaydada müvafiq şəxslərin
bank hesabına köçürülməsini
təmin etsin və bu barədə
həmin şəxslərə
məlumat versin;
5.3. bu
Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlərin
verilməsi başa çatdıqdan sonra tabeliyindəki Dövlət
Sosial Müdafiə Fondunun xüsusi bank hesabına bu məqsədlə köçürülmüş
vəsaitin qalığının
dövlət büdcəsinə
qaytarılmasını təmin
etsin;
5.4. bu
Fərmanda verilən tapşırıqların icrası
ilə əlaqədar
görülmüş işlər
barədə Azərbaycan
Respublikasının Prezidentinə
illik hesabat təqdim etsin.
6. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi:
6.1. bu
Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlərin
verilməsi üçün
ayrılacaq vəsaitin
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülməsini
təmin etsin;
6.2. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında bu Fərmanın 1-ci və
8-ci hissələrində nəzərdə
tutulmuş ödənişlərin
verilməsi ilə əlaqədar maliyyələşmənin
həyata keçirilməsi
üçün tələb
olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində
nəzərdə tutulmasını
təmin etsin.
7. Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti, Azərbaycan
Respublikası Prezidentinin
Təhlükəsizlik Xidməti,
Azərbaycan Respublikası
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti
və Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti bu Fərmanın 1-ci hissəsində
nəzərdə tutulmuş
hərbi qulluqçuların
və daxili işlər orqanları əməkdaşlarının siyahısını
iki ay müddətində
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
təqdim etsinlər.
8. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar “Hərbi
qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin
“ç” bəndində nəzərdə
tutulan halların baş verməsi nəticəsində əlilliyinin
müəyyən edilməsi
ilə əlaqədar
sığorta ödənişinin
verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş
məhkəmə aktı
olan hərbi qulluqçuların və
daxili işlər orqanları əməkdaşlarının
siyahısını bir
ay müddətində Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
9. Azərbaycan Respublikasının Dövlət
Sığorta Kommersiya
Şirkəti 1997-ci il
avqustun 2-dək olan xidmət dövründə
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar “Hərbi
qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin
“ç” bəndində nəzərdə
tutulan halların baş verməsi nəticəsində əlilliyinin
müəyyən edilməsi
ilə bağlı bu Fərmanın 1-ci hissəsində müəyyən
edilmiş məbləğdə
sığorta ödənişi
verilmiş hərbi qulluqçuların və
daxili işlər orqanları əməkdaşlarının
siyahısını bir
ay müddətində Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2021-ci il
Azərbaycan. - 2021.- 24 dekabr.- S. 9.