Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.
Sizin Ali Baş Komandan kimi cəsarətiniz,
qətiyyətiniz və liderliyiniz sayəsində
qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir
müddətdə atanız, ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə
yetirərək Azərbaycan xalqının 27 illik
həsrətinə son qoymuş
və Qarabağı azad etmişdir.
Bu
müddətdə cənab Prezident Rəcəb Tayyib
Ərdoğan başda olmaqla bütün Türkiyə
xalqı Azərbaycanın Qələbəsi üçün
sidqi-ürəkdən dualar edib, dəstək ifadə
etmişdir.
Türkiyə
Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da
hər zaman, hər şərtdə Can Azərbaycanın
yanında olacaqdır.
Möhtərəm
Prezident, “Bir millət, iki dövlət” prinsipindən
çıxış edən Zati-alinizin və Prezident Rəcəb
Tayyib Ərdoğanın səyləri ilə regionda bundan
sonra da sülh, sabitlik və rifah davam edəcəkdir.
Ən dərin
hörmətlə,
Şamil Ayrım
Türkiyə Böyük Millət Məclisinin deputatı,
Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupunun rəhbəri
Azərbaycan.-2021.- 26 dekabr.- S.2.