Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident.

Fransada Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın rifahı və ölkələrimiz arasında dostluq münasibətləri naminə faydalı işlərinizi bundan sonra da davam etdirməyinizi arzulayırıq.

İşğal olunmuş əraziləri azad etməklə qürur yaşatdığınız azərbaycanlıların Sizə olan etimadını qeyd edərək, beynəlxalq hüquqa və insan hüquqlarına hörmətə əsaslanan fəaliyyətinizi dəstəkləyirik.

Biz sülhün möhkəmləndirilməsi və bütün azərbaycanlılar üçün tərəqqinin təmin edilməsi istiqamətində fəaliyyətinizi alqışlayırıq və bu işdə hər zaman yanınızda olacağıq.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul edin.

 

Hörmətlə,

Jerom Lamber

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti,

Fransa parlamentinin deputatı

Azərbaycan.-2021.- 26 dekabr.- S.2.