Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Avropa
Velosipedçilər Birliyinin İdarə Heyəti adından
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən
təbrik edir, gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram.
Bir neçə gün əvvəl Azərbaycanın idman ictimaiyyəti Sizi yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçdi. Fürsətdən istifadə edərək bu əhəmiyyətli hadisə münasibətilə Sizi təbrik edirəm.
Ümid edirəm ki, Siz bundan sonra da Azərbaycanda velosiped idman növünün hərtərəfli inkişafına diqqət yetirəcək və dəstək verəcəksiniz.
Mən Azərbaycanda yenidən nüfuzlu velosiped yarışlarının keçirilməsini arzu edirəm.
Hörmətlə,
Enriko Della Kasa
Avropa Velosipedçilər Birliyinin prezidenti
Azərbaycan.-2021.-
26 dekabr.- S.2.