Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident,
Müzəffər Ali Baş
Komandan,
Türkiyənin müxtəlif
şəhərlərində fəaliyyət göstərən
22 Azərbaycan dərnəyini
özündə birləşdirən
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası adından
Sizi 60 illik yubileyiniz münasibətilə
təbrik edirik. Siz Azərbaycanın dünya
dövlətləri arasında
layiqli yer tutması üçün
ulu öndər Heydər Əliyev tərəfindən başlanılmış
böyük bir tarixi missiyanı müvəffəqiyyətlə davam etdirirsiniz. Bu çətin və
şərəfli yolda
Sizə uğurlar diləyirik.
Otuz il
işğal altında
qalmış torpaqlarımız
Sizin dəmir iradəniz və hərbi-siyasi uzaqgörənliyiniz
sayəsində azad edildi. Siz illər ərzində
qəlbimizdə sağalmaz
yara kimi gəzdirdiyimiz yurd nisgilinə son qoydunuz.
Buna görə hər bir azərbaycanlı
Sizə sonsuz minnətdardır.
Türkiyədə yaşayan
azərbaycanlılar adından
bəyan etmək istəyirik ki, diasporun bir parçası
olaraq doğma Vətənimizi burada layiqincə təmsil etmək, qardaş respublikanın ictimai-siyasi
həyatına dərindən
inteqrasiya etmək, ölkələrimiz arasında
əlaqələrin daha
da möhkəmlənməsinə
töhfə vermək
üçün bütün
qüvvəmizlə çalışacağıq.
Cənab Prezident,
Sizi bir daha təbrik edir, cansağlığı,
xoşbəxtlik arzulayırıq.
Tanrı Sizi hifz etsin!
Dərin hörmətlə,
Ədalət Turan
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının
İdarə Heyətinin sədri
Azərbaycan.- 2021.- 24 dekabr.- S.5.