Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Mən Sizə bir hadisə barədə yazmaq istəyirəm. Vətən müharibəsinin getdiyi vaxtlar idi. Köln şəhərində çalışdığım klinikaya vəziyyəti kritik olan insult xəstəsi gətirildi mən beyin əməliyyatına qərar verdim. Əməliyyat əla nəticə ilə bitdi. Xəstə ayıldı, mən ona yaxınlaşana qədər başına gəldiyini, ölümdən döndüyünü onu kimin xilas etdiyini digər həkimlər demişdilər. Müayinəyə başlayıb tibbi suallar verəndə zəif, qırıq səsləAzərbaycandedi gözüyumulu gülümsədi. Təəccübləndim. Soruşdum ki, Azərbaycanı tanınyırsınız? Niyə gülümsəyirsiniz? Cavabındaİlham Aliyevdedi əli iləəlaişarəsini göstərdi. Öz-özümə dedim ki, pasiyent ayılandan sonra onunla mütləq bir danışacağam. Səhər getdim yanına, halını soruşduqdan sonradünən Prezidentimizin adını çəkdiniz, onu tanıyırsınız?” - deyə soruşdum. “Bəli, tanıyıram, onun bütün müsahibələrini izləyirdim, düz danışır”, - deyə cavab verdi. Söhbətimiz uzun oldu. O almanın həyatda qalmasında rolumun olmasına çox sevindim. Həm çox qürurlu idim.

Cənab Prezident, Siz narkozdan ayılan bir əcnəbinin yanında Azərbaycanın adını çəkən kimi yada düşəcək qədər sevilirsiniz. Bu sevgini hörməti Siz özünüz qazanmısınız.

Sizi bir daha təbrik edirəm.

Hörmətlə,

 

Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji

Neyroradioloji Cəmiyyətinin sədri,

Köln Universiteti Klinikasının Diaqnostik

İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri,

tibb elmləri doktoru

 

Azərbaycan.- 2021.- 24 dekabr.- S.5.