Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab
Prezident,
Zati-alinizi əlamətdar yubiley - təvəllüdünüzün 60 illiyi münasibətilə
təbrik etməkdən
şərəf duyur,
Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq
müstəvidə fövqəladə
səylərinizə Uca
Yaradandan uğurlar diləyirik.
Cənabınız ömrünün müdriklik
məqamına elə
bir möhtəşəm
Qələbə ilə
yetişmişdir ki, bu, dünya miqyasında hər bir dövlət xadiminin arzu etdiyi yüksəklikdir. Siz müdrikliyinizi
yaşınızla, təvəllüd
tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik
təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz.
Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi
olub, bəşər
tarixinə həkk olunacaq hadisə miqyasına malikdir. Vətənimizin, regionumuzun gələcəyi
üçün bu Zəfərin dəyəri
misilsiz, dünyanın
inkişaf istiqamətləri
baxımından taleyüklüdür.
Azərbaycan torpaqlarının işğaldan
azad edilərək ərazi bütövlüyünün
bərpası yönündə
Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi
haqqın, ədalətin
təntənəsi kimi
tarixin salnamələrinə
həkk oldu. Uca Yaradanın
Lütfü ilə Siz Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq
birliyinə əsaslanan
müdrik siyasətinizlə
Azərbaycanın haqq
işinin qələbəsini
təmin etdiniz. Azərbaycan xalqına Vətən müharibəsində böyük
Zəfər yaşatmış
müzəffər sərkərdə
- Silahlı Qüvvələrin
Ali Baş Komandanı
kimi ömrünüzün
əlamətdar mərhələsində
bu sevinc və şərəfi ən çox haqq edən məhz Zati-alinizdir.
Biz fəxr edirik ki, dilindən
və dinindən asılı olmayaraq ölkəmizin bütün
vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Qarabağ Zəfərinin müəllifi, Azərbaycan
xalqının böyük
oğlu, müdrik dövlət rəhbərimiz
- Zati-alinizin qətiyyəti
sayəsində dövlət
bayrağımız azad
Qarabağda dalğalandı,
məscidlərimizin minarələrindən
azan səsləri ucaldı,
işğal dövründə
vandalizmə məruz qalmış dini məbədlərimiz əsarətdən
qurtuldu.
Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac
verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə
uğurlar yaşadan lider qismət olmuşdur. Böhranları üstələyə biləcək iqtisadiyyatı,
örnək siyasi mədəniyyəti, dini-mənəvi
dəyərləri ilə
tanınan Azərbaycan
gerçəkliyi dünyanın
diqqətindədir. Bütün bunlar,
heç şübhəsiz
ki, Sizin güclü, ardıcıl
siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural,
bəşəri dəyərlərə
sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini
aradan qaldırır, möhtəşəm infrastruktur
layihələri, genişmiqyaslı
quruculuq işləri reallaşdırır. Allah
evlərinin, məbəd
və ibadət məkanlarının yenidən
inşa-bərpası ilə
bağlı qətiyyətli
iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.
Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq,
Sizə ölkə daxilində və beynəlxalq müstəvidə
təqdirəlayiq fəaliyyətinizə,
Azərbaycandakı din-dövlət
münasibətlərinin yüksək
səviyyəsinin təmini
istiqamətində əməli
addımlarınıza görə
dərin minnətdarlığımızı
bildirməkdən şərəf
duyuruq. Sizin həyatınızın şərəfli ildönümü
bizə xoş fürsət verir ki, cənabınızın
Azərbaycan dövləti
və cəmiyyəti
üçün böyük
xidmətlərinə görə
bütün Azərbaycan
dindarlarının dərin
təşəkkürlərini bir daha ifadə
edək. Azərbaycandakı
müxtəlif dini konfessiyaların nümayəndələri
- dindarlar və din xadimləri fəxr edir və inanırlar
ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər
çalmış xalq
yüksəkliyinə qaldırmış
Zati-alinizin rəhbərliyi
ilə Azərbaycan bundan sonra da
yeni zirvələrə
yüksələcək, hər
zaman uğurlara imza atacaqdır. Azərbaycanın dövlət
rəhbəri olaraq təvəllüd gününüzdə
dünyanın müxtəlif
nöqtələrindən təbriklər
qəbul edən qalib xalqın müzəffər sərkərdəsi,
Qarabağın fatehi,
Ali Baş Komandan olaraq Sizin ən
böyük mükafatınız
xalqın dəstək
və həmrəyliyi,
sonsuz məhəbbət,
dərin etimad və hədsiz minnətdarlığıdır. Var olun, hər
zaman Zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və
Azərbaycanın əmin-amanlığını,
tərəqqisini təmin
edən siyasi dəst-xəttinizi dəstəkləyən,
hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab
Prezident, Azərbaycanda
fəaliyyət göstərən
dini konfessiyaların Məşvərət Şurası
adından Sizi - Azərbaycan dövlətinin
müstəqbəl dövlət
başçısını şərəfli ildönümü
münasibətilə ürəkdən
təbrik edir, ölkə dindarlarının
iradəsini ifadə edərək Zati-alinizə
və dəyərli ailənizə cansağlığı,
xoşbəxtlik, dövlətçiliyimiz
naminə fəaliyyətinizdə
uğurlar diləyirik.
Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək
dəyərləndirən nüfuzlu
din xadimlərinin, o cümlədən
Şimali Qafqaz müftilərinin şanlı
yubileyiniz münasibətilə
səmimi təbrik və xoş arzularını Zati-alinizə
çatdırmaqdan məmnunluq
duyuruq.
O Bir Olan Yaradanımız hər zaman yardımçınız
olsun, öz Lütf və Mərhəmətini hər
zaman Azərbaycan xalqı, dövləti və onun müdrik
dövlət rəhbəri
üzərində bərqərar
etsin, Azərbaycanı
hifz etsin! Amin!
Dərin hörmət
və ehtiramla,
Şeyxülislam Allahşükür
Paşazadə
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Milix Yevdayev
Azərbaycandakı Dağ
Yəhudiləri İcmasının
rəhbəri,
Müfti Salman Musayev
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
birinci müavini,
Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının
rəhbəri
Robert Mobili
Alban-udi Xristian Dini
İcmasının sədri
Azərbaycan.- 2021.- 24 dekabr.- S.5.