Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Bu gün Vətənə fədakarcasına xidmət yolunu seçməyinizə, Azərbaycan xalqının mənafelərini qorumaq üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür bildirmək üçün gözəl imkan yaranıb.

Siz çox mürəkkəb dövrdə, çox mürəkkəb şəraitdə Azərbaycan Respublikasını idarə edən müdrik, güclü və cəsur insansınız. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan və onun xalqı firavanlığa doğru addımlayır, insanların həyatı ilbəil yaxşılaşır, Azərbaycan Respublikasının dünyada siyasi əhəmiyyəti artır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı, nəzərdə tutduğunuz planların gerçəkləşməsini, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, Sizin təşəbbüsləriniz və işləriniz həmişə rəğbətlə qarşılansın, layiqincə qiymətləndirilsin!

 

Dərin hörmətlə,

Nikolay Şuba

Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında

Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitənin sədri

Azərbaycan.-2021.- 26 dekabr.- S.3.