Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Hökuməti adından şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan milli iqtisadiyyatın sosial sahənin inkişafına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirir. Respublikanın regionda beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Dostluq, mehriban qonşuluq tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ticari-iqtisadi, investisiya, elmi-texniki mədəni-humanitar sahələrdə əməkdaşlıq da durmadan genişlənir, mühüm birgə layihələr uğurla həyata keçirilir.

Əminəm ki, praktiki qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşməsi, yeni perspektivli təşəbbüslərin həyata keçirilməsi Rusiya Federasiyasının Azərbaycan Respublikasının mənafelərinə tam müvafiqdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Səmimi hörmətlə,

 

Mixail Mişustin

Rusiya Federasiyası Hökumətinin sədri

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.