Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz dost.
Sizə möhkəm cansağlığı və yeni ildə bütün sahələrdə uğurlar arzulayıram. Siz həm iqtisadi, həm də hərbi baxımdan güclü və qüdrətli, beynəlxalq münasibətlərdə əhəmiyyətli mövqeyə malik bir ölkənin Prezidenti kimi şərəfli bir vəzifə daşıyırsınız.
Bu gün dünya bir müddət əvvəl təsəvvür etmədiyimiz bir sıra çətinliklərlə üz-üzədir. Gələcəyimiz hamımızın, yəni bütün dünyanın həmin çətinlikləri necə dəf edəcəyindən asılıdır.
İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi hisslərlə şəxsi səadət, eləcə də xalqınızın rifahı naminə yorulmadan göstərdiyiniz səylərin yerinə yetirilməsi zamanı qaçılmaz olan bütün problemlərin həllində uğurlar arzulayım.
Hörmətlə,
Stepan Mesiç
Xorvatiya Respublikasının
sabiq Prezidenti,
Xorvatiya-Azərbaycan Dostluq
Cəmiyyətinin rəhbəri
Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.