Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, özünüzə möhkəm cansağlığı arzulayıram.

Bu yubileyi Siz qəhrəman dövlət başçısı kimi qeyd edirsiniz. Sizin uzun illər ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizə öz nəticələrini verdi.

44 günlük müharibə nəticəsində müzəffər ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və hazırda Qarabağ bölgəsində Sizin rəhbərliyiniz altında bərpa işləri sürətlə həyata keçirilir.

Bu Qələbə Sizin düşünülmüş siyasətiniz, incə və ardıcıl diplomatik addımlarınız nəticəsində mümkün oldu. Eyni zamanda, Sizin ordu quruculuğu siyasətiniz dünyaya nümayiş etdirdi ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü və önəmli ölkələri sırasındadır.

Möhtərəm cənab Prezident, bu günlərdə Siz Brüsseldə keçirdiyiniz müxtəlif görüşləriniz zamanı ölkəmizin milli dəyərlərini və maraqlarını yüksək səviyyədə təqdim edib, Azərbaycanın sülhsevər, konstruktiv siyasətini nümayiş etdirdiniz.

Sizin rəhbərliyiniz altında bu gün ölkəmiz beynəlxalq aləmdə stabil, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur.

Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktivpraqmatik siyasət ölkəmizin inkişafında və insanların həyatında öz bəhrələrini verməkdədir. Əminəm ki, yürütdüyünüz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Azərbaycanın gələcəyi naminə apardığınız siyasətdə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.