Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.

60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz SizinSizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdiSizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.

Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirikbuna görə xoşbəxtik.

Siz haradasınızsa, qələbə də oradadır!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.

Allah Sizi qorusun!

 

Dərin hörmətlə,

 

 Aleksandr Şarovski

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri,

 

 Yevqeniy Brenneysen

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədr müavini,

 

Şneor Seqal

Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini

 

Azərbaycan.-2021.- 26 dekabr.- S.3.