Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə GUAM Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu yubiley müstəqil Azərbaycanın yeniuğurlu tarixi ilə sıx bağlı olan həyatınızda əlamətdar hadisədir. Bu yubiley həm də Sizin milli dövlət quruculuğu və dövlətin inkişafı istiqamətində uzun illər davam edən gərgin, fədakar və yorulmaz fəaliyyətinizi bir daha əks etdirir. Həmçinin son onilliklərdə ölkənin mövqeyinin, nüfuzununrolunun müasir dünyada daha da yüksəlməsinə təkan verən əlamətdar hadisələri və tarixi nailiyyətləri özündə birləşdirir və əks etdirir.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində və beynəlxalq məsələlərdə yeni nailiyyətlər əldə edib. Dinamik iqtisadiyyatı, güclümüasir ordusu, fəal, sülhsevər və konstruktiv xarici siyasəti ilə Azərbaycan geostrateji əhəmiyyəti getdikcə artan regionda əsas və nüfuzlu aktora çevrilərək Şərqlə Qərb arasında yeni yaranmaqda olan enerjikommunikasiya sistemlərində mühüm rol oynayır. Azərbaycan beynəlxalq arenada fəal və məsuliyyətli aktor, həm də sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı, bir çox qlobal layihələrin tərəfdarı və bu layihələrə töhfə verən ölkə kimi tanınır.

2020-ci ildə Sizin komandanlığınızla Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələnən Vətən müharibəsində qazandığı Zəfər nailiyyətlərinizin kulminasiya nöqtəsi oldu. Bu isə ölkənizin tarixində yeni səhifə açdı, xalqın milli ləyaqətini və inamını özünə qaytardı, həmçinin milli ideya ətrafında daha da möhkəmlənərək onun tarixi əzəmətini bərpa etməyə zəmin yaratdı.

Bu nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanbu gün Vətən naminə fədakar xidmətinizlə davam etdirilən konsepsiya və strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, yubileyiniz və əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, gücenerji, milli liderAli Baş Komandan kimi xalqın və ölkənin tərəqqisi və rifahı naminə tarixi missiyanızda yeni-yeni böyük nailiyyətlər diləyirəm.

Hörmətlə,

 

Altay Əfəndiyev

GUAM-ın Baş katibi

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.