Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Mərhəmətli və rəhmli Allahın adı ilə,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq imkanına malik olduğuma görə çox fəxr edirəm, xoşbəxtəm və Ulu Tanrıya şükür edirəm.
Siz görkəmli dövlət xadimi, bizim ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin siyasi xəttinin ən layiqli davamçısısınız. Heydər Əliyev elə rəhbərlər sırasına mənsubdur ki, onların işləri və fikirləri milli sərvətdir və yüksək beynəlxalq əhəmiyyət kəsb edir. O, ölkələrimiz arasında strateji əməkdaşlığın təməlini qoyub.
Biz, dərbəndlilər, dərindən dərk edirik ki, bizim salamatlığımız, asayişimiz və əhvalımız çox cəhətdən Rusiya-Azərbaycan və Azərbaycan-Dağıstan münasibətlərinin vəziyyətindən asılıdır.
Bu gün dostluğumuzun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə Sizin çox böyük şəxsi töhfənizi görməmək olmaz. Bütün Azərbaycan xalqı üçün bu şanlı ildə Sizin müdrikliyiniz, siyasətçi kimi yüksək nüfuzunuz, qətiyyətiniz müzəffər Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməsinə imkan verib.
Tanrının mərhəməti ilə Siz Azərbaycanın yeni tarixini yazmısınız.
Sizə xas olan intellekt, diplomatiya məharəti və doğma Azərbaycanın mənafelərini dünya birliyində ən yüksək səviyyədə təmsil etmək bacarığınız bütün sahələrdə özünü göstərir. Öz Vətəninə səmimi sevgi və onun həqiqi mənafelərini qorumaq istəyi bütün həmvətənlərinizin Sizə səmimi hörmətini təmin edir.
Fürsətdən istifadə edib doğum gününüzdə Sizə Azərbaycan xalqının mənafelərinə fədakarcasına xidmət etdiyinizə, bütün dünya azərbaycanlılarını daim dəstəklədiyinizə görə minnətdarlığımı bildirirəm. İcazə verin, Milli Həmrəylik Günü münasibətilə Sizin şəxsinizdə bütün azərbaycanlıları təbrik edim.
Azərbaycan Respublikasının və onun sakinlərinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq diləyirəm.
Azərbaycan Respublikasına hərtərəfli xidmətinizin əvəzini görəcəksiniz.
Allah Sizi qorusun.
Hörmətlə,
Seyidhəşim Seyid Mustafa oğlu
Mirtaibov
Qafqaz Müsəlmanları İdarəsinin
Dərbənd şəhəri üzrə qazısı
Azərbaycan.-2021.- 26 dekabr.- S.3.