Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu,
Rusiya Elmlər Akademiyası adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti olduğunuz müddətdə Siz ölkənin milyonlarla vətəndaşının səmimi rəğbətini və hörmətini, xaricdəki həmkarlarınızın etibarını qazanmısınız və haqlı olaraq güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi hesab edilirsiniz.
Əminəm ki, Sizin təcrübəniz, enerjiniz və gücünüz gələcəkdə də ölkənin yüksək inkişaf hədəflərinə çatmasına və Azərbaycan vətəndaşlarının rifahının artmasına xidmət edəcəkdir.
Rusiya ilə Azərbaycan arasında elm sahəsində əlaqələrin inkişafına göstərdiyiniz diqqətə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin köməyinizlə Rusiya və Azərbaycan alimləri arasında ənənəvi dostluq əlaqələri və sıx əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, firavanlıq, qarşınızda duran məsul vəzifələrin həyata keçirilməsində böyük uğurlar arzulayıram.
Hörmətlə,
Aleksandr Sergeyev
Rusiya Federasiyasının
Elmlər Akademiyasının prezidenti
Azərbaycan.- 2021.- 25 dekabr.-
S.6.