Bərdədə “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktik konfrans keçirilib

 

 

Prezident İlham Əliyevin müdrik siyasəti, doğru strategiyası və yorulmaz fəaliyyəti xalq-iqtidar birliyinin qırılmaz polad gücü ilə birləşib dövlətimizi möhtəşəm uğurlara, zəfərlərə çatdırıb, dünya arenasında ölkəmizin nüfuzunu, siyasi çəkisini yüksəldib, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib”.

AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında keçirilən “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” adlı elmi-praktik konfransda səsləndirilib. YAP rayon təşkilatının fəallarının, şəhid ailələrinin, qazilərin və ictimai birliklərin rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək, Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə istər daxili, istərsə də xarici siyasət sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs edib. Bildirib ki, Azərbaycanın davamlı inkişaf modelinin təməlində bir günəş kimi yol göstərən, bələdçilik edən Heydər Əliyev ideyaları, bu ideyalara sadiq, xalqına və dövlətimizə dərin sevgisi ilə İlham Əliyev qətiyyəti, dəmir iradəsi, gücü və qüvvəsi durur. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı kimi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətli inkişafa qovuşdurub. Ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə reallaşdırılan layihələr də Azərbaycanın gücünün artmasında, müstəqilliyimizin möhkəmləndirilməsində və davamlı uğurlar qazanılmasında böyük rola malikdir.

Konfransda çıxış edən “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Mədəniyyət işçiləri ərazi ilk partiya təşkilatının sədri Validə Nabatova, gənc partiya fəalı Fidan Nəsirli və Vətən müharibəsi iştirakçısı Vüsal Quliyev Azərbaycanda son 18 ildə qazanılan uğurlardan danışıblar.

Tədbirdə Bərdə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış ediblər.

 

 

Azərbaycan.-2021.- 26 dekabr.- S.6.