Zemfira
İSXAKOVA: “Azərbaycanın Qarabağda
möhtəşəm Qələbəsi Prezident
İlham Əliyevin müstəsna xidmətlərindən
biridir”
Dekabrın 24-ü Azərbaycan xalqı üçün əlamətdar gündür - Prezident İlham Əliyevin 60 yaşı tamam olur.
Prezident İlham Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə, bütün sahələrdə - istər iqtisadi, sosial, mədəni, istərsə də xarici siyasətdə Vətəninin mənafeyinin müdafiəsinə həsr etmiş, atası, görkəmli siyasi lider Heydər Əliyevin ideyalarının yorulmaz davamçısıdır. Təəccüblü deyil ki, bu gün Prezident İlham Əliyev dünya səhnəsində siyasi liderlik fenomenidir.
Bu barədə AZƏRTAC-a Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının (RXTDQA) İctimai Elmlər İnstitutunun Beynəlxalq siyasət və xarici regionşünaslıq şöbəsinin professoru, filologiya elmləri doktoru Zemfira İsxakova bildirib.
Z.İsxakovanın sözlərinə görə, Azərbaycan Prezidentinin milli kimliyin inkişafı konsepsiyasına əsaslanan, multikulturalizmlə vəhdət təşkil edən siyasəti əvvəllər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə olduğu kimi, sistemli şəkildə həyata keçirilir və nəzərəçarpan nəticələr verir. Son zamanlar Azərbaycan gözümüzün qarşısında dəyişir.
“Prezident
İlham Əliyevin müstəsna xidmətlərindən biri
Azərbaycanın İkinci Qarabağ müharibəsində
möhtəşəm Qələbəsidir. Bu Zəfər
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ən qısa zamanda qazanıldı. Minlərlə azərbaycanlı
artıq atalarının, babalarının və ulu babalarının torpağına
qayıtmaq, başıbəlalı Qarabağ
torpağında dağıdılmış kənd və
şəhərləri bərpa etmək üçün
çoxdan gözlənilən
fürsəti əldə etdi. İndi dağıdılmış mədəni
və dini abidələr sürətlə
bərpa olunur. Qarabağ
ərazisində onların sayı 2 mindən çoxdur,
onların arasında dünya əhəmiyyətli
abidələr var. Bununla
da Azərbaycan xalqının mədəni
yaddaşı qorunur, zənginləşir”,
- deyə Zemfira İsxakova
bildirib.
Azərbaycan.-2021.- 26 dekabr.- S.6.