Dmitri SAVELYEV:
“Zəmanəmizin görkəmli siyasətçisi İlham Əliyev Azərbaycan xalqını inamla tərəqqiyə aparır”
“Nadir istedada malik diplomat və zəmanəmizin görkəmli siyasətçisi İlham Əliyev Azərbaycan xalqını inamla tərəqqiyə aparır, ölkənin beynəlxalq arenada nüfuzunu möhkəmləndirərək öz gücünü və enerjisini Azərbaycanda dayanıqlı iqtisadi inkişafın və sosial sabitliyin təminatına sərf edir”.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Rusiya Dövlət
Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Prezidentini
yubileyi münasibətilə təbrik edərkən bildirib.
“Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına İlham Heydər oğlunun verdiyi töhfə şəksiz və çox böyükdür. Mən səmimiyyətlə inanıram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığı ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcək.
Bu əlamətdar gündə Azərbaycan Prezidentinə
doğma ölkəsinin və onun vətəndaşlarının
rifahını daha da
yaxşılaşdırmaq naminə fəaliyyətində
tükənməz enerji, möhkəm
cansağlığı, xoşbəxtlik və firavanlıq
arzulayıram”, - deyə D.Savelyev
vurğulayıb.
Azərbaycan.-2021.- 26 dekabr.- S.6.