Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin müzəffər bir dövlət başçısı kimi çoxşaxəli fəaliyyətiniz nəticəsində Azərbaycan həyatın bütün sahələrində sürətlə irəliləyən bir dövlətə çevrilmişdir. Sizin yüksək bilik və böyük siyasi səriştə ilə idarə etdiyiniz Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur.
Siz müdrik bir siyasi rəhbər kimi Azərbaycanla yanaşı, beynəlxalq aləmdə də xüsusi nüfuz qazanaraq dünyamiqyaslı liderlərdən biri olmusunuz. Siz 60 yaşınızı ulu öndər Heydər Əliyevin layiqli davamçısı və türk dünyasının ləyaqətli oğlu kimi qarşılayırsınız. Bu gün işğaldan azad edilmiş ərazilərdə şanlı üçrəngli Azərbaycan bayrağının dalğalanması Sizin uzaqgörən və qətiyyətli siyasətinizin ən parlaq nümunəsidir. Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Siz Azərbaycanın, bütövlükdə isə türk dünyasının qəhrəmanlığını bütün dünyaya sübut etdiniz.
Zati-alinizin təşəbbüsü ilə yaradılan, türk dövlətlərinin maddi-mənəvi dəyərlərinin mühafizəsi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna və ümumilikdə türk dünyasının birliyinin güclənməsinə verdiyiniz önəmli töhfələr ən yüksək qiymətə malikdir və biz bu şərəfli missiyanı təşkilatın qurucu üzv ölkəsi Azərbaycanla birgə daşımaqdan qürur duyuruq.
Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti vəzifənizdə həmişəki kimi böyük uğurlar arzulayırıq.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti
Azərbaycan.- 2021.- 25 dekabr.- S.6.