Regional inkişaf proqramları bölgələrimizi əyalət statusundan xilas etdi

 

Müəllifi İlham Əliyevdir

 

Körpülər, aşırımlar bir-bir arxada qalır. Dördzolaqlı rahat, təhlükəsiz yolla üzü cənuba irəliləyirik. Nişanlar, göstəricilər səni qarşıda hansı şəhərin, yaşayış məntəqəsinin olduğu barədə qabaqcadan məlumatlandırır. İpək kimi ipək yolu əvvəlki magistraldan fərqli olaraq, rayon mərkəzlərindən, qəsəbə kəndlərdən kənar keçib gedir. Əvəzində yolboyu görünən yamyaşıl taxıl, yonca sahələri, uzaqda nəzərə çarpan qoyun-quzu sürüləri gözə-könülə dinclik gətirir.

Qısaca söhbət açdığımız bu yolla Lənkərandan Bakıya indi 4 yox, 2-2,5 saata çatmaq mümkündür. Çox yox, 10-15 il bundan öncə xarici ölkələrə gedib-gəldikdən sonra oradakı yolların rahatlığından ağızdolusu danışardıq. İndi isə əksinədir. Azərbaycanda bütün istiqamətlərə yollar yenidən qurulmuşdur. Bu, inkişafımızın göstəricisidir.

İndi həm Qarabağda yol infrastrukturu ilə bağlı misilsiz işlər görülür. Düşünürsən ki, bunların hamısı sabah ölkəmizdə iqtisadiyyatın, turizmin inkişafına öz töhfəsini verəcək. Hələ hava yollarını demirik. Bu gün Lənkəran, Astara, Lerik, eləcə cənubun digər dilbər guşələrində dincələn turistlər Lənkərandakı beynəlxalq aeroportdan uçaraq, cənnətməkan Qarabağımızdakı hava limanlarından birinə enə biləcək, mədəniyyət paytaxtımız Şuşada, səfalı Kəlbəcərdə digər rayonlarımızda olmaq imkanı əldə edəcəklər.

Bunlar hamısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində mümkün olmuşdur. Strateji hədəfləri məharətlə istiqamətləndirən ölkə rəhbəri Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğuƏsrin müqaviləsi”ndən gələn ilk gəlirləri müdafiə qabiliyyətinin gücləndirilməsinə, öz dədə-baba torpaqlarından didərgin düşən qaçqın köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına uzun müddət ərzində baxımsız qalan, bərbad hala düşən regionlarımızın yenidən dirçəldilməsinə yönəltdi. 2004-cü ilin fevralında ilk dövlət proqramının qəbulu ilə regional inkişafın startı verildi. Ayrılan vəsaitlər hesabına bir dirçəliş, yüksəliş yarandı. Müasir istehsal sahələri yaradıldı, durğunluq illərindən miras qalmış müəssisələr əsaslı şəkildə yenidən qurulub işə salındı.

Bu dirçəlişdən Lənkəran da kənarda qalmadı. Həyata keçirilən abadlıq-quruculuq işləri Lənkəran camaatını nikbin ovqata köklədi, onların sabaha inamını artırdı. Ölkəmizdə ilk olimpiya idman kompleksi, müalicə-diaqnostika mərkəzi, beynəlxalq hava limanı, uşaq müalicə mərkəzi onlarca digər mühüm əhəmiyyətli sosial layihələr Lənkəranda ünvan tapdı. Regionlar arasında ilk dəfə açıq ürək əməliyyatı da Lənkəranda aparıldı. Ardınca məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilib istifadəyə verildi, köhnələri əsaslı təmir edildi, işıq, qaz, içməli su ilə bağlı problemlər həll olundu. Astarada qurulan 90 meqavatlıq modul tipli yeni elektrik stansiyası cənub bölgəsini, eləcə Lənkəranı işıqlı etdi. İndi Lənkəran şəhərində kombi istilik sistemi, kondisioneri olmayan ev, ictimai ya yaşayış binası tapmaq çətindir. Rayonun qəsəbə kəndlərinin qazlaşdırılması insanlara rahatlıq gətirməklə yanaşı, təbiətin ağciyəri sayılan meşələri balta zərbələrindən xilas etdi. İçməli su sarıdan korluq çəkən şəhər əhalisinin narahatlığı aradan qaldırıldı.

Qayıdaq yenə yollara. Qəsəbə kəndləri Lənkəran, Masallı, Astara, Lerik rayonlarının yaşayış məntəqələri ilə birləşdirən yolların demək olar ki, hamısı yenidən qurulmuşdur. Lənkəranın buvaxtadək maşın gedib-gələ bilməyən neçə-neçə ucqar dağ kəndlərinə yollar çəkilmişdir. Yollar isə iqtisadiyyatın qan damarlarıdır. İndi kəndlinin, fermerin yol sarıdan problemi yoxdur. Yetişdirdiyi kənd təsərrüfatı məhsullarını istədiyi ünvana rahat çatdıra bilir.

Aqrar sahədə qazanılan uğurlar da az deyil. Birinci dövlət proqramı qəbul edilənədək pay torpaqları kəndlilərə verilsə , onlar bir görə bilmirdilər. Sovet dövründən qalmış çay plantasiyaları, sitrus meyvə bağları baxımsızlıq üzündən bərbad hala düşmüşdü. Həmin sahələri kol-kos basmışdı, adamlar orada mal-qara otarırdılar. Bu, belə gedə bilməzdi. Odur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə əlaqədar kənd təsərrüfatına dövlət dəstəyi ildən-ilə artırıldı, torpaq mülkiyyətçilərinə, fermerlərə subsidiyalar, güzəştli qaydada mineral gübrələr, kreditlər verildi. Sonra yeni qurumlar yaradıldı onların vasitəsilə xarici ölkələrdə istehsal olunan, əkinçinin sağ əli sayılan müxtəlif adda, çoxlu sayda texnika alınıb gətirildi. İnvestorlar digər regionlar kimi, Lənkəranın da aqrar sektoruna yatırımlar qoymağa başladılar. Bunlar da öz növbəsində ölkəmizdə, o cümlədən Lənkəranda iqtisadiyyatın şaxələnməsinə, idxaldan asılılığı azaltmağa, yeni yerlərinin yaradılmasına dəstək oldu.

Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə 3 sentyabr 2017-ci il tarixdə Lənkəranda keçirilən çay, çəltik sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi müstəsna əhəmiyyətə malik oldu. Həmin vaxt Prezident Araz YağubovunYaşıl çay”, sahələrinin çox hissəsi Lənkəranda olanAstaraçay”, çəltik əkib-becərən emal edənCənub-Aqro”, sitrus meyvələri yetişdirənGilan Orenards” MMC-lərə məxsus təsərrüfatlara baş çəkdi, “Xəzər Palasehotelinin açılışını etdi.

Ölkə rəhbərinin ayrı-ayrı təsərrüfatlara baş çəkərək fermer mülkiyyətçilərin işi ilə tanış olması, lazımi göstəriş tövsiyələrini verməsi istehsalçılara əlavə stimul verdi. Onlar işə daha ürəklə, həvəslə girişdilər. İndi ekoloji cəhətdən təmiz, keyfiyyətli Lənkəran çayı “Made in Azerbaijan” brendi altında dünyanın müxtəlif bazarlarında rəğbətlə qarşılanır, yüksək qiymətə satılır, müxtəlif növ yerli düyülərin sorağı uzaqlardan gəlir.

Prezident İlham Əliyev Lənkərana dəfələrlə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalamış, neçə-neçə obyektin təməlqoyma açılış mərasimlərində iştirak etmiş bütün bunlar nəticəsiz qalmamışdır. Rəqəmlərə nəzər salaq: 2003-cü illə müqayisədə 2021-ci ildə məhsul buraxılışı 3,4, o cümlədən sənaye məhsullarının istehsalı 7,2, əsas kapitala yönəldilmiş vəsait 4,9, tikinti-quraşdırma işlərinin həcmi 5,3 dəfə artmışdır. 2003-2021-ci illər ərzində 1025 sahibkara 30,7 milyon manat kredit verilmiş, bu hesaba 52,8 min yeni yeri açılmışdır.

Cari ili uğurla başa vuran çayçılar 604 hektar sahədən 317,2 ton yaşıl çay yarpağı dərmişlər. Eyni zamanda bu il rayonda 928 hektar bağdan 9,2 min ton sitrus, 830,8 hektardan 2,6 min ton çəltik tədarük olunmuşdur. Barama istehsalı da keçən illə müqayisədə xeyli artmışdır.

Statistikanı uzatmaq da mümkündür. Amma elə bunlar da kifayətdir ki, Prezident İlham Əliyevin müəllifi olduğu regional inkişaf proqramlarının bölgələrin həyatını necə dəyişdirdiyi aydın olsun.

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2021.- 26 dekabr.- S.7.