İxrac sofistikasiyasının artırılması rifaha müsbət təsir edir

 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) təqdim etdiyi növbəti araşdırmasında 2021-ci ilin ilk 10 ayı ərzində qeydə alınan 5,3 faizlik iqtisadi artımda xarici tələbin genişlənməsinin xüsusi payı olduğunu göstərmişdir.

 

Azərbaycanın iqtisadi beyin mərkəzlərindən sayılan bu qurum  araşdırmasında qeyd edir ki, ixracın idxalı qarşılama faizinin yüksək olması və müsbət saldonun ötən illə müqayisədə artması xarici tələbin iqtisadi artımda əhəmiyyətini möhkəmləndirmişdir. Analitiklər həmçinin ilin 9 ayı ərzində yaranan 2,4 milyard ABŞ dolları həcmində müsbət tədiyyə balansı saldosunun cari hesablar balansındakı 3,9 milyardlıq cari hesablar profisitinin hesabına formalaşdığını bildirirlər.

 

Təqdim olunan analitik yazıda qeyd olunur ki, ölkədə idxal ilə rəqabət aparan sektorlarda daxili tələbatda idxalın payının yerli istehsaldan çox olması cari hesablar balansında profisitin aşağıya doğru çəkilməsinə xidmət edirbu, qeyri-neft sektorunda dayanıqlı və proqnozlaşdırıla bilən artıma gətirəcək.

 

Mərkəzin araşdırmaçıları 2021-ci ilin oktyabr ayında  ABŞ tərəfindən M2 pul aqreqatının 21,2 trilyon  dollar səviyyəsinə çatdırılmasının dünyada böyük likvidliyin yaranmasına səbəb olduğunu bildirirlər. Belə ki, pul təklifini məhdudlaşdıracaq tənzimləmələrin yumşaldılması tələb və təklifin yenidən canlanmasına xidmət edir. Beləliklə, dünya bazarlarında xarici ticarət artımlarının sürətli yüksəlişi reallığa çevrilir. Geniş istehlak olunan məhsulların qiymətlərindəki artım geniş pul kütləsinin tələbi tətikləməsi səbəbindən yaranır. Buna baxmayaraq, məhsul qiymətlərində artım yalnız pul kütləsi bolluğuna bağlı deyil. Bu, təchizat zəncirindəki məhdudiyyətlərin yaranması, beynəlxalq miqrant böhranı, qeyri-tarif baryerlərində yeni yanaşmalarenerji qiymətlərindəki artım ilə əlaqədardır.

 

Beynəlxalq iqtisadiyyatın yenidən canlanması sayəsində ertələnən tələbin və məhsulların qiymətlərinin yüksəlməsi və digər səbəblər ölkə üzrə qeyri-neft məhsullarının ixracını 2021-ci ilin 10 ayı ərzində 42, 11 ayı ərzində isə 44 faiz artırmışdır. Nəticədə kimyaplastmas, kauçukrezin məmulatları bazarında  qiymətlər bahalaşmışdır.

 

Təqdim olunan araşdırmada göstərilir ki, 2021-ci ilin xarici ticarət statistikasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan məhsullar üzrə qiymət artımı 46 faiz təşkil etmişdir. İdxal məhsullarında da ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faizlik artım müşahidə olunmuşdur. Təkcə noyabr ayında ərzaq, içkilər və tütün məmulatlarında  ötən ilin eyni ayı ilə müqayisədə 14,9 faizlik artım qeydə alınmışdır.

 

Emal edilən yerli qida məhsullarının tərkibində idxal komponentlərinin çoxluğu da həmin məhsulların  qiymətlərinin artmasına səbəb olur. Emal prosesi zamanı istifadə edilən avadanlıqlar və onların ehtiyat hissələri, eləcə də qablaşdırmada istifadə edilən materiallar aralıq məhsulları olaraq Azərbaycana idxal edildiyi üçün dünyada artan qiymətlər yerliidxal məhsullarının dəyərinə təsir göstərir. Araşdırmada dəqiq faktlarla bildirilir ki, plastmasondan hazırlanan məmulatlar üzrə Azərbaycanın xarici ticarəti 146 mal üzərindən aparılır və  onun yalnız 55-ni ölkəmiz ixrac edir. Habelə ixrac edilən məhsulların yalnız 10-u  300 min  dollar üzərində ixrac payına malikdir.

 

Təhlildə göstərilir ki, 2021-ci ilin ilk 10 ayının statistikasına əsasən, Azərbaycanın mal və məhsullarının sayı digər dünya ölkələri ilə xarici ticarətində 4271 ədəd olmuşdur. Sözügedən mal və məhsulların ticarətində Azərbaycanın payı 40,9 faiz təşkil etmişdir. Mal və məhsulların sayının ötən illə müqayisədə artmasına baxmayaraq, vertikal diversifikasiya aktuallığı qoruyur. Müasir dövrdə yüksək əlavə dəyər yaratma, müxtəliflik və nadirlik prinsipi ixracda dayanıqlılıq və rəqabətlilik baxımından əhəmiyyətlidir.

 

Mərkəzin təhlilində belə maraqlı izahat verilir: “Diversifikasiyası yalnız məhsul sayının artımını  deyil, həmçinin müxtəlif keyfiyyətlərə malik ixracın əhəmiyyətini diqqətə çatdırır. Yerli məhsulların istehsal mürəkkəbliyinin təmin edilməsi həm ixrac, həm də rifahın artmasına müsbət təsir edəcək. Diversifikasiya və keyfiyyət komplementarlıq təşkil etdiyi halda, ixrac sofistikasiyasının yüksəlməsinin şahidi olacağıq. Sofistikasiyalaşmış məhsullara əsasən sərmayə tutumlu və hazır məhsullar şamil edilir. Sərmayə malları Azərbaycanın idxalında 15 faiz paya malikdir. Milli istehsalın məhsuldarlıq göstəricilərinin artırılması Azərbaycana transfer edilən texnologiyayalardan asılıdır. Lakin  Azərbaycanın orta və yüksək texnologiyaların istehsalixrac mərhələsinə qədəm qoyması nəinki qeyri-neft sektorunda əlavə dəyərin yüksəlməsinə, həmçinin adambaşına düşən milli gəlirin də artımına səbəb olacaq. Harvard Universitetinin professorları tərəfindən ixrac sofistikasiya indeksinin də açılışı rifahı hədəfləyən bir yanaşmadır”.

 

 

Bahadur  İMANQULİYEV,

Azərbaycan.-2021.- 26 dekabr.- S.8.