Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə ən səmimi, xoş arzularımı qəbul edin. Siz, atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Allah onun yerini behişt eləsin) yolunun davamçısı kimi ölkənizi inamla firavanlığa, onun dövlətçilik dayaqlarını daha da möhkəmlətməyə doğru aparırsınız.

Sizin dinə və Vətənə sevginizdən bütün Azərbaycan bəhrələnir. Son illərdə Azərbaycan çox dəyişib. Ölkəniz fasiləsiz hərtərəfli inkişaf yolu ilə fəal irəliləyir. Bütün bunlar Sizin kimi məsul liderin, siyasi xadimin sayəsində baş verir.

Siz atanızın vəsiyyətlərinə əməl etməklə haqlı olaraq qurucu Azərbaycan torpaqlarını birləşdirən şəxs obrazı yaratmısınız. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi torpaqlarınızı çoxillik işğaldan azad etməyə ölkənizin təhlükəsizliyini möhkəmlətməyə nail olmusunuz.

Bununla bərabər, dövlətlərimiz arasında geniş spektrli münasibətlərin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfəniz göz qabağındadır. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi sosial sahələrdə böyük uğurlar qazanıb. Azərbaycan gələcəyə cəsarətlə baxır şübhəsiz, bu da Sizin xidmətinizdir.

Dövlət başçıları gəldi-gedər olsa da, həqiqi liderlər xoş iz qoyub gedirlər, özü təkcə tarixdə yox. Siz atanız Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyin təməlini daha da möhkəmlətmisiniz.

Allah Sizdən razı olsun. Sizə möhkəm cansağlığı, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycanın bütün xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Şeyx Salah-Hacı Mejiyev

 

Rusiya Federasiyası Çeçenistan Respublikası rəhbərinin müşaviri,

Çeçenistan Respublikasının müftisi

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.7.