Kitabın mağazaya “gəlişi”

 

 

Kitabsevərlərin əvəzedilməz məkanı olan kitab mağazalarının özəlliyi  daim yenilənib, rahat və cəlbedici xidmət üçün alıcılara uyğun dizayn edilməsindədir. Görünüşdən əlavə, hər kəsin duya bilmədiyi, hətta hiss edilməsi xarakterik olan kitab qoxusu bir çoxlarını uzaq məsafədən də cəlb etmək gücündədir.

Hazırda bu şəraitlə asanlıqla qarşılaşma prosesinin əsası Lissabonda yerləşən “Livraria Bertrand” (livraria portuqal dilindən kitab mağazası kimi tərcümə edilir) adlı kitab mağazasında qoyulub.

Dünyanın ən qədim kitab mağazası fəaliyyətə XVIII əsrin əvvəllərində ikinci əl kitabların satışı ilə başlayıb. Həmin dövrdə kitab satıcılarından biri olan Pedro Faure öz adına kitab dükkanı açmışdı. O, bu mağazanı indiki yerləşdiyi yerdən çox da uzaqda olmayan səmtdə seçmişdi.

1742-ci ildə Pedronun həmyerlisi Pierre Bertrand Lissabona gəlib. O, dostu P.Bertrand ilə bu işdə uğur qazanacağına böyük ümidlər bəsləyirdi. Hətta əlaqələri gücləndirmək üçün qızını onunla evləndirmişdi. Daha sonra kitab mağazasının fəaliyyətinə Pierrenin kiçik qardaşı həyat yoldaşı da qoşulub. Bütün ailə imkanlarını birləşdirərək kitab satışını inkişaf etdirməyə çalışmışdılar. Dükkanın adına həmin ortaqların da adı əlavə olunmuşdu.

Mağazanın qurucusu Pedro Faurenin 1753-cü ildə ölümündən sonra  idarəçilik Bertrand qardaşlarının əlinə keçdi. Lakin 2 il sonra Lissabonun mərkəzində baş verən dəhşətli zəlzələ dükkanı yerlə-yeksan etdi. Sonradan seçilən yeni yerdə mağazanın fəaliyyətinə start verildi. İdarəçilik isə nəsildən-nəslə keçərək davam etdi. Kitab evi olduqca böyük nüfuza malik idi. Bu kitab mağazası o zamanlar Portuqaliya hüdudlarından kənarda da tanınırdı. Mağaza zəngin ən əsası, qiymətli kitab çeşidinə görə seçilir, onların çoxunu ölkə daxilində xaricdə poçtla sifariş etmək olurdu.

Bura XIX əsrdən etibarən Alexandre Herculano, Manuel Bocage, Eça de Queiroz kimi müxtəlif ədəbi dairələrdən olan yazıçı publisistlərin daha çox ziyarət etdiyi məkana çevrilmişdi. Bu gün həmin kitab mağazası Portuqaliyada fəaliyyət göstərir 50-dən çox filialı, nəşriyyatı onlayn mağazası ilə satışlarını həyata keçirir.

İlk açıldığı yerdəki mağazada müəyyən bərpa işləri aparılsa da, son 100 ildə unikallığını qoruyaraq saxlayıb. Mağaza ilk görünüşündə təəccüb doğurur. KənardanLivraria Bertrand” kiçik dükkana bənzəyir. Ancaq içəridəki dərinliklərə səyahət zamanı böyük bir qalereya ilə qarşılasırsan. Mağaza yeddi otaqdan ibarətdir. Əsasən portuqal dilində kitablar satılsa da, rəflərdə ingilis, fransız, rus dillərindəki nəşrlərə rast gəlinir.

 

 

Azərbaycan.-2021.- 26 dekabr.- S.10.