Sankt-Peterburqda MDB dövlət
başçılarının qeyri-rəsmi görüşü
keçirilib
Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan
Prezidenti İlham Əliyevi qarşıladı.
MDB dövlət
başçıları birgə
foto çəkdiriblər.
Rusiya Prezidenti Vladimir Putin görüşdə
çıxış edib.
Sonra koronavirus pandemiyasına qarşı mübarizə
məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2021.- 29 dekabr.- S.1.