Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dekabrın 24-də Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə
telefonla zəng edib.
Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə
təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni
uğurlar və möhkəm cansağlığı
arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə
və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür
edib.
Telefon söhbəti zamanı dövlət başçıları
Azərbaycan-Tacikistan ikitərəfli
dostluq münasibətlərinin
bundan sonra da uğurla inkişaf edəcəyinə
əmin olduqlarını
bildirib, əməkdaşlığın
perspektivləri ətrafında
fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.