Prezidentin Mətbuat
Xidmətinin məlumatı
Dekabrın 24-də Bolqarıstan Respublikasının
Prezidenti Rumen Radev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezident Rumen Radev dövlətimizin başçısına yubileyi
münasibətilə təbriklərini
çatdırıb, ona
prezidentlik fəaliyyətində
uğurlar və möhkəm cansağlığı
arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə
və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını
bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin
inkişafından məmnunluq
ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2021.- 25 dekabr.- S.5.