Pandemiya dünyada Yeni il şənliklərini təxirə salır

 

COVID-in yeni mutasiyası olanOmikronun daha sürətlə yayıldığını nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vətəndaşlarının sağlamlıqlarını qoruya bilməsi üçün bütün ölkələri Yeni illə bağlı səyahət planlarını ləğv etməyə çağırıb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus ləğv edilən bir səyahət planının insan həyatından daha önəmli olmadığını vurğulayaraq, hər kəsi bu günlərdə məsuliyyəti unutmamağa çağırıb.

İndi bayramı qeyd edib, daha sonra kədərlənməkdənsə, tətili indi ləğv edib, onu daha sonra keçirmək daha yaxşıdır” deyən baş direktor hazırkı şəraitdə bunun normal həyata qayıtmaq üçün ən vacib şərtlərdən biri olması qənaətindədir.

Almaniyanın səhiyyə naziri Karl Lauterbax da Yeni il bayramı ilə əlaqədar COVID-19-a yoluxma hadisələrinin sayında sürətli artım olacağını gözlədiyini söyləyib. Nazir bildirib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq AlmaniyadaOmikronun böyük dalğası müşahidə edilməsə də, Yeni il bayramı ilə əlaqədar yanvarın ilk həftəsində vəziyyət dəyişə bilər.

Amerikalı infeksionist, tədqiqatçı alim Entoni FauciYeni il səyahətləri zamanı hətta tam peyvənd olunmuşlar arasında daOmikrona yoluxma hallarının artacağını deyib.

Artıq bir çox dövlətlər “Omikronun yayılmasının epidemioloji vəziyyəti daha da pisləşdirəcəklərindən ehtiyat etdikləri üçün vətəndaşlarının xaricə səyahətlərini məhdudlaşdırmaqla yanaşı, ölkə daxilində də Yeni il şənliklərinin keçirilməsinə  icazə vermirlər. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) amerikalılara COVID-19-un geniş yayıldığı 80-dən çox ölkəyə, o cümlədən Avropaya səyahət etməməyi tövsiyə edib. Almaniya hökuməti insanları tətil dövründə təmaslarını məhdudlaşdırmağa və peyvənd olunmağa çağırıb.

İngiltərə, Almaniya, Yunanıstan, Fransada Yeni illə əlaqədar kütləvi bayram şənlikləri və ənənəvi atəşfəşanlıqlar keçirilməyəcək. Yunanıstanın səhiyyə naziri Thanos Plevris bələdiyyələrin bu il planlaşdırdığı bütün kütləvi Yeni il şənliklərinin ləğv edildiyini, açıq və qapalı məkanlarda maska taxmağın yenidən məcburi olduğunu açıqlayıb. Fiziki təması minimuma endirmək məqsədilə Almaniya da Yeni il şənliklərini  məhdudlaşdırıb. Bu ölkədə insanların yalnız maksimum 10 nəfərdən ibarət qrup halında toplaşmasına icazə verilib. Yeni Zelandiya ən azı gələn il fevralın sonuna qədər beynəlxalq reyslərin açılmasını təxirə salıb. İranOmikrona görə sərhədlərini müvəqqəti bağlayıb.

Omikronun ortaya çıxdığı ilk vaxtlardan onun simptomlarının nisbətən yüngül olduğu deyilsə də,  buyüngül virusun ölümə səbəb olduğu da üzə çıxıb. Artıq “Omikrondan ilk ölüm hallarının baş verdiyi rəsmi məlumatlarda öz əksini tapıb. Almaniyanın infeksion xəstəlikləri öyrənən Robert Koç İnstitutuOmikron” mutasiyasını daşıyan bir xəstənin vəfat etdiyini açıqlayıb. ABŞ-da daOmikrondan  insan ölümü baş verib. Amerikalı tədqiqatçıların fikrincə, ölüm halları COVID-19 və onun variantlarının şiddətini bir daha xatırladır.

Omikronun COVID-19-a qarşı tətbiq edilən mövcud peyvəndlərin effektivliyinə potensial təsirini araşdıran tədqiqatçıların əldə etdikləri nəticələr kifayət qədər geniş deyil. Lakin bu qənaətə gəlinib ki, peyvəndlər hələ də ölüm hallarının, ağır xəstəliklərin baş verməsində  azalmaya səbəb ola bilər. ÜST də öz növbəsində ağır xəstəliklərdən və ölümdən qorunma üçün vaksinlərin tətbiqini ən əhəmiyyətli üsul kimi təklif edir.  İnsanların iki doza vaksin vurdurması, iki doza peyvənd olunanların isə gücləndirici doza vurdurması pandemiyadan qurtuluş üçün ən əsas yol hesab edilir.

 

 İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S. 1; 7.