Rəy sorğusu: Vətəndaşların
Prezident İlham
Əliyevə inam və etimadı yüksək
səviyyədədir
Sosial Tədqiqatlar Mərkəzinin
“İnam İndeksi” jurnalının VI buraxılışında
Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, “Prezident:
Zəfərə davam,
Zəfərə inam!”
şüarı altında
keçirilən təqdimatda
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin
İdarə Heyətinin
sədri Zahid Oruc, Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov və Vətən Müharibəsi Qəhrəmanı
Vüsal Yaqubov iştirak ediblər.
Qeyd edək ki, rəy
sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə,
Qarabağın bərpa
və quruculuq mərhələsinə təsadüf
edir. Sorğu Naxçıvan Muxtar
Respublikası və azad edilmiş ərazilər istisna olmaqla bütün regionlarını əhatə
edib. 1162 respondentin rəyi öyrənilib.
Keçirilən əvvəlki sorğuların
və cari sorğunun nəticələrinin
təhlili Prezident amilinin Azərbaycan cəmiyyətində, ictimai
təfəkkürdə ümummilli
maraqlar baxımından
birləşdirici, uzlaşdırıcı
əsas güc mərkəzi olduğunu göstərir.
Postmüharibə dövrünün
ilk ili kimi
xarakterizə edilən
2021-ci il dövlət
başçısının fəaliyyətində, həmişə
olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir.
Sorğuda iştirak
edən vətəndaşların
Prezidentə inam etimadı 91,2 faiz tam etibar edirəm, 6,9 faiz əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir.
Respondentlərin əhəmiyyətli
hissəsi Şuşa
Bəyannaməsinin Azərbaycan
və Türkiyə arasındakı münasibətləri
hərbi müttəfiqlik
səviyyəsinə qaldıracağını
(60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik
və müdafiə sahəsində əməkdaşlığı
yeni mərhələyə
daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək
rolunu oynayacağını
(50,6%) düşünür.
Zəngəzur nəqliyyat
dəhlizinin fəaliyyətə
başlaması ilə
Azərbaycanın öz
eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə
(74%), Türk dünyasında
birliyin güclənməsinə
xidmət edəcəyinə
(54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə
Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizlərinə
çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə
(34,8%) əminlik ifadə
olunub.
Respondentlər Füzulidə
ilk dəfə beynəlxalq
hava limanının açılmasını, Zəngilan
və Laçında
hava limanlarının
inşasının planlaşdırılmasını
Azərbaycanın turizm
sektorunun inkişafına
müsbət təsir
(75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa
səfərlərin vaxt
baxımından qısalması
(52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh ediblər.
Sorğu nəticələrinə
görə, Prezident Qələbənin memarı
kimi qlobal platformalarda intensiv çıxışları ilə
Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır
(93,6%), Zəfərin tarixiləşdirilməsində
vətəndaş iştirakçılığını
və ümummilli həmrəyliyi stimullaşdırır
(85,7%), Azərbaycanın informasiya
siyasətində üstünlüyünü
təmin edir və bu yöndə
fəaliyyətə dair
yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti
gücləndirir
(81,9%), qalibiyyəti milli
birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir
(79,8%).
Azərbaycan.- 2021.- 25 dekabr.- S.7.