Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə
Çin İctimai Diplomatiya Assosiasiyası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizin şəxsi dəstəyi
və səyləri sayəsində Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı
dostluq və əməkdaşlıq münasibətləri
son illərdə daim inkişaf edərək ən yüksək səviyyəyə çatıb. Ötən
il Heydər
Əliyev Fondunun dəstəyi ilə Çinin Yunnan vilayətinin
Malipo qəsəbəsindəki
2 nömrəli ibtidai
məktəbin idman meydançası yenidən
qurulub. Bu təşəbbüs
yerli tələbələr
və müəllimlər
tərəfindən yüksək
qiymətləndirildi və
Sizin Çində kənd yerlərinin dirçəldilməsi işinə
verdiyiniz əhəmiyyəti
nümayiş etdirdi.
Mən məmnuniyyətlə ali diqqətinizə çatdırmaq istərdim
ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi Çin
İctimai Diplomatiya Assosiasiyası ilə sıx əməkdaşlıq
əlaqələri saxlayır.
Ötən il
Mərkəzin və Assosiasiyanın birgə təşkilatçılığı ilə “COVID-19-dan sonrakı
dövrdə beynəlxalq
düzən və qlobal idarəetmə” mövzusunda forum keçirilib.
Həmin
forumda multilateralizmin qorunması və yeni növ beynəlxalq
münasibətlərin qurulması
ilə bağlı səmərəli müzakirələr
aparılıb. İnanıram ki, xalqlarımızın mədəni əlaqələrinin
inkişaf etdirilməsi
ölkələrimiz arasında
qarşılıqlı anlaşma
və etimadı daha da möhkəmləndirəcək
və bu, ikitərəfli əməkdaşlığın
inkişafına çox
güclü təkan verəcək.
Mən Çin
İctimai Diplomatiya Assosiasiyasının prezidenti
kimi xalqlarımız arasında dostluğun təşviqi və ikitərəfli əlaqələrin
inkişafı istiqamətində
səylərimi əsirgəməyəcəyəm.
Azərbaycan xalqının Sizin rəhbərliyinizlə daha
xoşbəxt və firavan yaşamasını
səmimi-qəlbdən arzulayır,
Çin-Azərbaycan dostluğunun
əbədi olmasını
diləyirəm.
Hörmətlə,
Vu Haylonq,
Çin İctimai Diplomatiya
Assosiasiyasının prezidenti
Azərbaycan.- 2021.- 29 dekabr.- S.2.