Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

1.1. Hüseyn Cavid Vaqif oğlu,

1.2. Oruczadə Aytən Pənah qızı.

2. Aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

2.1. Həsənov İslam Telman oğlu,

2.2. İsgəndərova Aygül Vulqar qızı.

3. Məmmədov Zahid Tahir oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Cavadova Günay İsmayıl qızı Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Aşağıdakı hakimlər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

5.1. Abdullayev İlkin Qismət oğlu,

5.2. İsmayılov Orxan Nadir oğlu.

6. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 24 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.8.