Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Əziz Prezidentimiz.
Yubileyiniz münasibətilə Sizi Almaniyanın Münxen şəhərində yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirəm. Sizə və əzizlərinizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi xalqımıza çox görməsin.
Münxen azərbaycanlıları ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizə hər zaman dəstək olub və bundan sonra da olacaqlar.
Fürsətdən istifadə edərək, xalqımıza bəxş etdiyiniz Zəfərə görə Sizə “Çox sağ olun!” deyirəm.
Var olun, cənab Prezident!
Hörmətlə,
Səttar Kərimov,
Almaniyada fəaliyyət göstərən
Münxen Azərbaycanlıları
Mədəniyyət
Mərkəzinin və Azərbaycan Evinin rəhbəri
Azərbaycan.- 2021.- 29 dekabr.- S.2.